Ümumtəhsil məktəblərində yeni dərs ili başlandı
Ümumtəhsil məktəblərində yeni dərs ili başlandı
Məlumdur ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olmuşdur. Bununla bağlı Elm və Təhsil Nazirliyi mətbuat xidməti açıqlama verərək ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr - "Bilik Günü"nün təntənəli qeyd edilməməsi tövsiyə olunmuşdur.
Respublikamızın hər yerində olduğu kimi, Salyan rayonunda da təhsil müəssisələri yeni dərs ilinə başlamışlar. Hər yerdə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub.
Yeni tədris ilində torpaqlarımızın düşmən işğalından azad edilməsində şəhid olmuş həmyerlilərimizin övladları da parta arxasında oturmaqla qəhrəman atalarının döyüş yolunda əməllərinin davamçısı kimi onların yarımçıq qalan ömürlərini davam etdirəcəklər.
Həmyerlimiz şəhid mayor Vidadi Əhmədovun qızı bu gün şəhər 7 saylı texniki fənlər təmayüllü-məktəb liseyin I s sinfinə daxil olur. 15 sentyabrda onu tanıyan hər kəs bu balaca qızcığaza, sinəsindəki şəkildə qəhrəman atasının əksinə heyrətlə baxırdı. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və digər qonaqlar şəhid qızının təhsil alacağı birinci sinfə gəlmiş, Gül və onun anası, bu məktəbin riyaziyyat müəllimi Zəhra Əhmədova, sinif müəllimi İradə Xudaverdiyeva ilə salamlaşdı. RİH başçısı qeyd etdi ki, xalqımız müharibə istəmir. Ancaq mənfur düşmənlərimiz öz məkrli əməllərindən əl çəkmirlər. Azərbaycan Respublikasının Prezidenti Ali baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi nəticəsində rəşadətli silahlı qüvvələrimiz hər zaman düşmənə layiqli cavab verirlər.
RİH başçısı liseydə təhsilin təşkili ilə maraqlanmış, məktəbin məzunu, şəhid Kamran Quliyevin adını daşıyan sinifdə olmuş, müəllim və şagirdlərlə görüşmüşdür.
Həmin gün RİH başçısı S. Hətəmov Sarvan kəndində olmuş, şəhid Zəmanət İbrahimovun oğlu Abdulhəsənin də ilk dərs günündə iştirak etmişdir.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli yeni dərs ilinin başlanması münasibətilə şagirdləri təbrik etmiş, onlara sülh və əmin-amanlıq şəraitində təhsildə yeni uğurlar qazanmağı arzulamışdır.