İnsan həyatı bir yoldur. Başlanğıcı olduğu kimi sonu da labüddür. Anbaan, saatbasaat, ilbəil yaşamaqla, bu yol, nəhayət, bir gün sona çatır. Şairlər insan həyatını axar, coşqun bir çaya bənzədirlər ki, burada uşaqlıq illərinin xəyalları gəncliyin sınaqlarından çıxır və hər kəs öz yolunu müəyyən edir.
Sənətindən ixtisasından asılı olmayaraq, söz düşəndə deyirlər ki, bu işi ancaq filankəs edə bilər, bir başqa məqamda, digərinin adı çəkilir, söylənilir ki, bu filankəsin yoludur. Bəziləri isə, sözün həqiqi mənasında, özlərinə məxsus bir yol keçərək bir ömür yaşayırlar. Bu müddətin çox və az olmasından, gedilən mənzilin uzaq və yaxınlığından asılı olmayaraq, yaşanmış zamanda özlərindən sonra zəngin bir irs, örnək dolu bir ömür, həmişə xatırlanası və öyrəniləsi bir miras qoyub gedirlər.
Qədim tarixə malik olan doğma Salyanımızı şöhrətləndirən amillərdən biri də burada yetişmiş darülmöminin adamlar, tərəqqi və mədəniyyətə töhfə vermiş tarixi şəxsiyyətlər, elm və sənət adamları, ictimai və dövlət xadimləri olmuşlar, bütün bu insanların yoluna hər zaman işıq saçmış, qəlblərinə maarifçilik ziyası ötürmüş müəllimlərimiz olmuşdur. Öz məktəblərini yaratmış, qəlblərdə heykəllərini ucaltmış bizim sadə, munis müəllimlərimiz.
Bu mənada, təkcə son yüzilliyin maarifçilik tariximizdə yadda qalan simalar, nurlu insanlar olmuş və onlar hər zaman ehtiramla yad edilməkdədirlər. Ağamməd Mirzəyev, Yuniz Zərgərli, Yaqub Məmmədov, Əvəz Məmmədov , Səfurə Quliyeva, Lütfəli Əliyev və adını çəkə bilmədiyimiz onlarla başqaları Salyan təhsilinin inkişafına dəyərli töhfələr vermişlər. Yaxşı hal odur ki, xalqımız öz müqtədir övladlarının xatirəsini həmişə yad edir, onların ənənələrini yaşadırlar. Haqqında söhbət açmaq istədiyimiz müəllimimiz Yaqub Həsənov da istər sağlığında, istərsə də haqq dünyasına qovuşduqdan sonra ehtiramla yad edilməkdədir. Noyabr ayının 14-ü xalq müəlliminin 85 illik yubileyini doğmaları, yaxınları və onu tanıyanlar səmimi qəlbdən qeyd etmiş, məzarını ziyarət etmiş, Allahdan rəhmət diləyərək xatirəsini ehtiramla yad etmişlər. Əlbəttə, belə şərəfli və mənalı ömür yaşamaq hər adama qismət olmur.
Hikmət Həsənov Salyanın pedaqoji tarixində özünəməxsus yeri olmuş Yaqub müəllimin ailəsində dünyaya gəlmişdir. Yaqub müəllim uzun illər Nizami Gəncəvi adına Salyan şəhər 2 nömrəli orta məktəbə rəhbərlik etmiş və böyük ziyalı ordusunun yetişməsində onun xüsusi rolu olmuşdur. Hikmət müəllim də atasının yolu ilə ilə getmişdir. O, 1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1962-ci ildə bu ali təhsil ocağını bitirərək məzunu olduğu məktəbdə fizika müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.
H. Həsənov birmənalı olaraq bütün həyatını pedaqoji işə bağlamışdır. 15 ildən artıq müəllim işlədikdən sonra 38 yaşında direktor təyin edilmiş və 23 il 2 nömrəli məktəbdə bu vəzifədə çalışmışdır. Rayon ictimaiyyəti arasında xüsusi hörməti və nüfuzu olan Ağamməd müəllimdən sonra məktəbə rəhbərliyin ona etibar edilməsi heç də təsadüfü olmamışdır. Atası Yaqub müəllimin təlim və tərbiyəsi, dövrünün ən savadlı pedaqoqları ilə çiyin-çiyinə çalışdığı müddətdə qazandığı zəngin təcrübə hesabına, o özü də çox gənc yaşlarından artıq savadlı müəllim və bacarıqlı təşkilatçı kimi tanınmışdır. Gənc müəllim kimi Azərbaycan KP MK-nın XXX qurultayında iştirak etmiş, "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmşdur.
Hikmət müəllimin 43 illik pedaqoji fəaliyyəti ona Salyan ictimaiyyəti arasında dərin hörmət və nüfuz qazandırmışdır. Vaxtı ilə dərs dediyi şagirdlər arasında bu gün də Azərbaycan elminə xidmət edən və dünyanın müxtəlif guşələrində ölkəmizi layiqincə təmsil edənlər vardır.
Hikmət müəllim, sözün həqiqi mənasında, hikmət dolu bir ömür yaşamışdır. Harada olmasından asılı olmayaraq, onun adı çəkiləndə artıq söhbətin nədən getdiyi bəlli olur. Ona görə də qazandığı nüfuzu, qoyub getdiyi mənəvi irsi yaşadan xatirələr hələ uzun illər anılacaqdır.
2019-cu ilin 7 oktyabrında Salyan ictimaiyyəti, çalışdığı 2 saylı məktəbin kollektivi, dərs dediyi şagirdlər öz sevimli müəllimlərini son mənzilə ehtiramla yola saldılar. Mənəvi məkanı isə doğmaların, ziyalıların, həmkarlarının və müəllimi olduğu dəyərli şagirdlərin qəlbindədir. Xatirə yazısı hazırlanarkən, Hikmət müəllimin iki həmkarı-fizika müəllimi Məhəmməd Ağayev və riyaziyyat müəllimi Allahverdi Piriyev həmsöhbətimiz oldu. İndi hər ikisi təqaüddədir, bununla bərabər ictimai iş aparır, Salyan müəllimlərini ehtiyac duyulan yerlərdə lazımınca təmsil edirlər.
Salyan Rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev: -Hikmət müəllim çox gənc yaşlarından özünü bilikli və bacarıqlı kadr kimi tanıtdırmışdı. O, ixtisasını dərindən bilirdi və onu sevdirməyi bacarırdı. Məhz bu keyfiyyətlərinə görə də ona bütün məktəblərdə ehtiyac var idi. Xatırlayıram ki, mənim də müəllim kimi çalışdığım 7 nömrəli məktəb səkkizillik bazadan 10 illik orta məktəbə çevriləndə yuxarı siniflərdə fizika fənnini tədris etmək üçün Hikmət müəllimi dəvət etmişdilər. Həmin dövr, rəhbəri olduğu sinifin məzunları arasında məktəbin ilk qızıl medal alan şagird də oldu. Altı məzun dövlət xətti ilə keçmiş SSRİ-nin ali məktəblərində davam etdirdilər. Cəmiyyətdə yüksək ixtisaslı mütəxəssis kimi fəaliyyət göstərdilər. Sonralar 2 nömrəli məktəbdə də birlikdə işlədik. Rayonun pedaqoji həyatında yaxından iştirak etdik. Yaşanan xatirələrimiz çoxdur.
Salyan Rayon İctimai Ziyalılar Birliyinin sədri, Əməkdar müəllim Allahverdi Piriyev:
-Hikmət müəllim haqqında danışmaq mənim üçün çox qürurvericidir. Çünki atası - rayonumuzun tanınmış pedaqoqu və təəssübkeş ziyalısı Yaqub Həsənov da mənim müəllimim olmuşdu. Hikmət müəllim ilə 7 nömrəli tam orta məktəbdə birlikdə işləmişik, yoldaşlıq etmişik. Hər iki şəxsiyyət haqqında çox isti xatirələrim vardır. Yadımdadır ki, Hikmət müəllim yaxşı oxuyan, savadlı uşaqları çox sevir, onların gələcək taleyini həmişə izləyərdi. Çox gənc yaşlarından riyazıyyat elmi sahəsində inkişaf etmiş, elmi ad almış, sonralar Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olmuş Vaqif Quliyevi özünün mənəvi varisi hesab edirdi. Təsadüfü deyil ki, Hikmət müəllim ailə qurduqdan sonra dünyaya göz açan oğluna "Vaqif" adını qoydu.
Növbəti xatirə də şagird -müəllim münasibətlərinə aiddir. Onun şagirdlərindən biri, sonralar respublikamızın tanınmış kimya-biologiya müəllimi olmuş Gülşən Piriyevaya "Əməkdar müəllim" fəxri adının verilməsi münasibəti ilə 7 nömrəli məktəbdə keçirilən tədbirə Hikmət müəllim də dəvət olunmuşdu. Söylədikləri çox adamın yadında qaldı. O, dedi: "Mənim çoxlu sayda və müxtəlif vəzifələrdə işləyən yetirmələrim vardır. Lakin onların sırasında Gülşən müəllim ilk tarix yazdı və fəxri ada layiq görüldü. Bu məni çox qürurlandırır."
Elə biz də də qürurluyuq. Hikmət müəllim kimi müəllimimiz, ziyalımız və ən nəhayət, əməlləri ilə doğma Salyanımızı tanıtdıran, sevdirən bir şəxsiyyətimizi həmişə xatırladığımıza görə. Yazı hazırlanarkən, Hikmət müəllimin oğlu Vaqiflə də həmsöhbət olduq. Dedi ki, atamın cəmiyyət arasında olmuş hörmət və nüfuzunu həmişə hiss etmişəm. Bir övlad olaraq mən babam Yaqub müəllim, atam Hikmət müəllimin Salyanın pedaqoji tarixindəki xidmətlərinin gənc müəllimlərə nümunə göstərilməsi ilə qürur duyuram.
Rüstəm Məlikov,
“Qələbə” qəzetinin baş redaktoru, Ali Media mükafatı laureatı