Salyan rayonunun tanınmış mədəniyyət veteranı Əlizadə Əliyevin xatirəsinə
Dünyaya gələn hər kəsin bir tale qisməti olur.Olum və ölüm məqamı arasında bu taleyin illəri yazılır. Bəziləri elə yaşayır ki, heç onun sənin ətrafında olduğunu və dünyasını dəyişməsini də hiss etmirsən. Bəzilərini isə bir müddət görməyəndə narahat olursan, zəng də edirsən, arayıb, axtarırsan.Tanıdığın və rəğbət bəslədiyin insanın dünyadan köçməsi xəbəri isə insanı sarsıdır.
Tanınmış mədəniyyət veteranı Əlizadə Əliyevin dünyasını dəyişməsi xəbəri Salyan mədəniyyətinə ağır itkisi kimi qarşılandı. Veteran mədəniyyət işçisi uzun illər Salyanda Əlövsət Quliyev adına Mədəniyyət evinə sonralar rayon Mədəniyyət Mərkəzinə rəhbərlik etmiş Əlizadə Abı oğlu Əliyev 17 noyabr 2022-ci ildə, ömrünün 75-ci çağında, ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Əlizadə Əliyev 23 fevral 1948- ci ildə dünyaya gəlmişdir. Çox gənc yaşlarından incəsənətə göstərdiyi maraq sonralar onun həyat amalına çevrilmiş və Əlizadə müəllim ömrünün sonuna kimi bu sahənin ən yaxşı sənətkarlarından olmuşdur. Salyan Kukla Tetrının kollektivi onun vəfatı münasibəti ilə vida mərasimi keçirmişdir. Belasuvar regional mədəniyyət idarəsinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Salyan Rayon kimitəsinin rəhbərliyinin, sənət doctlarının, rayon ziyalılarının iştirak etdiyi tədbirdə onun xidmətləri sadalanmış, müsbət keyfiyyətləri xatırlanmışdır.
Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən Əlizadə Əliyev səhnə dostu, Əməkdar mədəniyyət işçisi Cahangir Qaraşovla birgə səyi, sənət yanğısı və ətraflarında toplaya bildikləri kollektivin istedad və zəhmərti hesabına Salyan ilk dəfə Dövlət Kula Teatrı yardılmış və bu mədəniyyət ocağı indiyə kimi fəaliyyətinini davam etdirir. Sonralar uzun illər ərzində Salyan Rayon Mədəniyyət Evində ( indiki rayon mədəniyyət mərkəzi) səmərəli fəaliyyəti ilə diqqəti çəkən Əlizadə Əliyev bu mədəniyyət ocağında “Güzgü” satirik miniatür teatrını yaratmışdır. Bu teatr tərəfindən təqdim olunan müxtəlif səpgili tamaşalarda incə yumorla, mənalı, düşündürücü gülüşlərlə cəmiyyətin inkişafı yolunda əngələ, buxova çevrilən ünsürlər, antipodlar tənqid edilir, satira atəşinə tutulurdular. Əlizadə Əliyevin rəhbərliyi ilə rayon mədəniyyət evinin əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif əlamətdar günlərdə təşkil edilmiş rəngarəng konsert proqramları, maraqlı ssenarilər üzrə hazırlanmış tamaşalar insanlar tərəfindən rəğbətlə qarşılanmışdır. Bu tamaşaların bir çoxunda aktyor kimi çıxış edən Əlizadə Əliyevin məharəti, ustalığı hər zaman alqışlara səbəb olurdu.
Ümumiyyətlə, Əlizadə müəllimin son 50-60 ildəki həyatı və fəaliyyəti Salyanın teatr mühiti, mədəni həyatı ilə qirılmaz surətdə bağlı olmuşdur.O, həyatda da səhnədə də sevilirdi. Hər kəzin qəlbində özünəməxsus yeri var idi. Ə.Əliyev Salyan mədəniyyətini təkcə yaşadanlardan deyil, onu tədqiq və təbliğ edənlərdən idi.
Əlizadə müəllim Salyanın ictimai mədəni yəyatında böyük xidmətləri olmuş Aşıq Pənah Pənahov, Qurbanxan Sadıqov, Aşıq Bəylər, Qulu Əskərov və digərləri haqqında həmişə ürək dolusu danışar, onların yolunu davam etdirənlərə dəstək olardı.
Əlizadə Əliyev təqaüdə çıxandan sonra da passiv həyat keçirməmiş, müxtəlif tədbirlərdə fəal iştirak etmiş, özünün maraqlı fikirləri, faydalı təklifləri ilə rayon ictimaiyyətinin hörmətini qazanmışdır. O, mədəniyyət sahəsindəki çoxillik və səmərəli fəaliyyətinə görə ayrı –ayrı təşkilatların diplomlarına, fəxri fərmanlarına layiq görülmüşdür.
Rayonun tanınmış mədəniyyət işçisi, xeyirxah, təvazökar, qayğıkeş insan Əlizadə Əliyev onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.
Allah rəhmət eləsin.