Salyanda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Taleh Zamanovun şəhadətinin ikinci ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin anım günü münasibətilə məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Zamanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Bundan başqa ”Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə" medalları ilə də təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!