

Bir neçə gün əvvəl Təranə xanımın həkimlik fəaliyyəti ilə daha yaxından tanış olmaq istədim. Əslində bəzi məqamları ictimaiyyət nümayəndəsi kimi bilirdim. Mənə də məlum idi ki, 44 günlük Zəfər döyüşlərində yaralanaraq rayon xəstəxanasında qısa müddətli müalicə alan qazilərimizin reabilitasiyasına lazımı dəstək göstərmişdir. İşlərin uğurlu icrasında ona tibbbacısı Amaliya Rəhimova yaxından köməklik göstərir.

T. Axundova söyləyir ki, zərurət olanda şəhid valideynlərinin və bu ailələrin digər üzvlərinin, qazilərimizin yaşadıqları ünvanlarda müayinə və müalicəni təşkil etməyi özümüzə borc bilirik. Müsahibimizlə söhbət zamanı öyrənirik o şəhər 7 saylı tam orta məktəbdə təhsil alıb.1993-cü ildə yüksək balla Tibb universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş, 2000-ci ilə ali təhsilini başa vuraraq Salyan Rayon Mərkəzi xəstəxanasında həkim-fizioterapevt kimi fəaliyyətə başlamışdır.

Uğurlar arzu edirik.
Rüstəm Məlikov, anakur.az saytının təsisçisi və baş redaktoru,
prezident təqaüdçüsu

