






Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “COP29-un qlobal missiyalarının yerlərdə təşviqi” layihəsi çərçivəsində növbəti tədbir Salyan rayonu 2 saylı tam orta məktəbdə keçirmişdir. Dəyirmi masa formatında keçirilən tədbirdə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəsisii, Salyan rayonun tanınmış ictimaiyyət nümayəndələri, rayonun əməkdar müəllimləri, məktəb rəhbərliyi və şagirdlər iştirak etmişlər.
Layihə rəhbəri Rüstəm Məlikov ötən ilin payızında Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ekoloji missiyaları barədə tədbir iştirakçılarını məlumatlandırmış v bu işdə dövlət orqanları ilə yanaşı vətəndaş cəmiyyətinin üzərinə düşən ictimai məsuliyyətdən söz açmışdır.
Əməkdar müəllimlər, Allahverdi Piriyev və Sehranə Rzayeva çıxış edərək Azərbaycanın bu qlobal tədbirdə əldə etdiyi uğurlardan, həmçinin beynəlxalq əməkdaşlıq forumunda qazandığı zəngin təcrübədən danışmış, həmçinin dünyanın ekoloji düzəninin sağlamlaşması işində ölkəmizin töhfələrini xatırlatmışlar.
Rayon ictimaiyyəti adında ağsaqqallar şurasının sədri Məhəmməd Ağayev çıxış edərək gənc nəslin nümayəndələrinə ekoloji vərdişlərə yiyələnməkdə tövsiyələrini vermişdir.
3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Gülhüseyn Ağayev təbiətin mühafizəsi işində əldə olunan təcrübəni şagirdlərlə bölüşdü.
Məktəb direktoru Aygün Manafova bu əhəmiyyətli tədbirin rəhbərlik etdiyi təhsil ocağında təşkilinə görə layihə komandasına təşəkkürün bildirdi.
Məktəbin şagirdləri dəyirmi masada aktiv iştirak etməklə onları narahat edən məsələləri dilə gətirdilər və maraqlı təkliflər verdilər.
Tədbirdə iştirakçılara maarifləndirici Press-relizlər paylandı və birgə şəkil çəkdirildi
“Ana Kür” İctimai Birliyi fəaliyyət planına uyğun olaraq 3 ay davam edəcək layihə çərçivəsində müxtəlif maarifləndirici görüşlər, dəyirmi masalar və ekoloji konfrans təşkil etməklə COP29-un mesajlarını cəmiyyətin müxtəlif təbəqələri arasında yaymağı davam etdirəcəklər..