Yoxluğuna bizi inandır, İlham...
Oktyabr ayının 10- da tanınmış televiziya mühəndisi İlham Həbib oğlu Axundovun vaxtsız vəfatından 40 gün keçir.
İlham Axundovun dünyasını vaxtsız dəyişməsi xəbər onu tanıyanların hamsını mütəəssər etmişdir. Önrünün ən məhsuldar dövründə, sənətinin zirvəsində olarkən qəfil ölüm onu doğmalarından, dostlarından ayırdı..
Onun haqqında təkcə yazmaq, danışmaq, göstərmək azdır. Bütün təsvir və təqdimat formalarından istifadə etsək belə, artıq xatirəyə çevrilmiş ömrün varlığını canlandırmaq mümkünsüzdür.
O, doğuldu, yaşadı və getdi... Ancaq necə?! Özündən sonra elə xatirələr qaldı ki, onlar bu yarımçıq ömrün qalan illərinə əbədi işıq saçacaqdır.
Həmişə fərqli, özünəməxsus və həmişə də xoş niyyətli oldu. Heç kimin uğurlarına qısqanmadı. Bir çox mənada da elə bu keyfiyyətlərinə görə çoxlarından yüksəkdə qaldı.
Ailədən, ata-anadan gələn tərbiyə, aldığı təhsil, özünün yaratdığı ətraf mühit onu işin, vəzifənin, insanlar arasında ünsiyyətin üst qatına çıxardı.
Dostluq, yoldaşlığımızın təqribən bir qərinəlik davamı müddətində aramızda yaş fərqi hiss olunmadı. Elə məsələlər var idi ki, həllini öz doğmalarımdan daha çox ona güvənirdim. Əvvəllər tələbə qalan oğlumun kirayə qaldığı mənzilində soyuducu xarab olubsa, bunu məndən qabaq o bilirdi. Düşünmədən evindən içi ərzaqla dolu mini soyuducunu tələbə evinə hədiyyə etməyi bacaran ürək onun sinəsində döyünürdü.
Uzun illər ailələrimiz arasında Novruz bayramını, Yeni il şənliyini və əziz günləri birlikdə keçirmək ənənəsi yaranmışdı, bu doğmalığı indi övladlarımız davam etdirməkdədirlər.
İlham qardaşım təkcə mənim deyil, Salyandan Bakıya yolu düşən hər kəsin qulluğunda dayanmaq, yarımçıq işini tamamlamaq, xüsusən bir neçə nəsilin tələbələrini öz evində aylarla, illərlə saxlamaq, təhsilindəki problemləri həll etmək üçün ali məktəblərin müəllimlərinin qapışını açmaq kimi örnək dolu işlərə qabil idi.
Gözünü açandan evdə zəhmət gördü, atası Həbib kişinin, Nərgiz ananın yeganə oğul övladı, üç bacının bir qardaşı olsa da, əlləri zəhmətə çox erkən öyrəndi. Halal zəhməti özünə peşə seçdi. Salyan Elektrik Şəbəkəsində elektrik-çilingəri işləyən Həbib kişinin sənətini özünə doğma bildi. Beləcə, həyat ona öz dərslərini verdi, çətinliklərin öhdtəsindən necə gəlmək bacarığını öyrətdi.
Təhsil almağı da yaddan çıxarmadı. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun energetika fakültəsini bitidi. Əmək fəaliyyətinə Salyan rayonundakı Elektrik Şəbəkəsində başlayanda sahənin çətinlikləri onu qorxutmadı. Çünki atası Həbib Axundov bu idarədə qabaqcıl elektrik montryoru kimi tanınırdı.
Ötən əsrin səksəninci illərindən başlayaraq, İlhamın əmək bioqrafiyası Bakı şəhəri ilə bağlı idi. Artıq Ali təhsilli mühəndis kimi ona hər yerdə ehtiyac duyulurdu. Müxtəlif xidmət təşkilatlarında elektrik mühəndisi kimi fəaliyyətni davam etdirdi.
1990-cı illin 20 yanvarında Azərbaycan Dövlət Televiziyasının enerji blokunun partladılması hadisəsi mühəndis kimi onu çox təsirləndirmişdi. Bəlkə də bu qurğuda çalışmaq ideyası İlhamda həmin dovrdə yaranmışdı. Bu arzu onu məqsədinə çatdırdı. Zaman keçdi. Bir gün Azərbaycanın yeganə Dövlət Teleşirkətinin izdihamlı qapısından mühəndis kimi ilk iş gününə başladı. Sonra uzun illər həmin enerji blokunda rəis müavini kimi məsuliyyətli sahədə çalışdı. Qüsursuz. Əksinə bildiklərini gənclərə həvəslə öyrətdi.
Az müddətdə şirkətin çoxminli kollektivi arasında yaxşı hörmət qazandı. Nüfuz sahibi oldu. Fərqləndi. Əsas odur ki, bacarığı ilə bərabər, insan kimi, dost-yoldaş kimi də sevildi. Nəhayət, enerji blokuna rəhbərlik etmək zərurəti yarananda ona etimad göstərildi. Səhhətində hiss etdiyi problemlərə baxmayaraq, razılıq verdi. Etimadı doğrultdu.
Bu da tale qisməti imiş. 1 sentyabr 2024-cü il. Gün keçmiş heç kimin gözləmədiyi halda bir anın içidə gözlərini yumdu. Həyat yoldaşı Sevinc, oğlu Həbib, bacıları - Yeganə, Fərqanə, Leyla, doğmalar səhərə kimi gözlərini yuma bilmir, bu açı həqiqətə inanmaq istəmirdilər.
İlham Axundovun Bakı şəhərində son mənzilə yola salınmasında və əza günlərində doğulub boya-başa çatmış olduğu Salyan ictimaiyyətinin nümayəndələri, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri başda olmaqla rəhbər heyəti, doğmaları, yaxınları iştirak etdilər. Ona son ehtiramlarını bildirdilər. Xatirəsi isə əziz dost, mehriban ailə başçısı kimi həmişə yaşayacaqdır. Öz adımdan və dostları adından ailəsinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirəm.
Dostları adından:
Rüstəm Məlikov.