Bu il Salyan fermerləri üçün uğurlu olub. Çəkilən zəhmət yerdə qalmayıb. Rayonun 18 inzibati ərazisində 5202 hektar sahədə buğda, 7494 hektar sahədə isə arpa məhsulu becərilib. Fermerlər əsasən yüksək reproduksiyalı toxumlardan istifadə ediblər. Bu məlumatı bizə Salyan Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, təcrübəli təşkilatçı və rəhbər Tariyel Atamalıyevin verərək bildirdi ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov taxıl biçininin davam etdiyi sahələrdə bicinin gedişini izləyəcək, fermerlərlə görüşəcəkdir. Rayon ictimai- siyasi qəzetinin rəhbəri kimi Sizin də iştirakınız və bu barədə mətbuatda çıxışınız maraqlı olardı.
... Şəhər mərkəzindən Salyan –Astara yoluna çıxan avtomobilimiz çox çəkmir ki, Marışlı kəndinə dönən yola burulur. Müsahibim Tariyel müəllim bildirik ki, bu kəndin fermerləri əkinçiliyin müxtəlif sahələrində həmişə yaxşı nəticələrə nail olmağı bacarırlar. Bu il 555 hektarda arpa və 410 hektar sahədə isə buğda becərilib. Arpa biçini uğurla başa çatıb. İndi taxılbiçən kombaynlar buğda zəmilərinin məhsulunu toplayır.
Məhsulu biçilərək qurumağa qoyulmuş yonca sahələrinin kənarından keçərik. Qarşıdakı sahədə taxılbiçən kombaynlar görünür. Yaxlaşdıqca texnikanın bizə illərdən bəri tanış olan səsini eşidir və sahənin taxılını neçə nizamla, səliqə ilə biçdiyinin şahidi oluruq. Bizi bu kəndin fermerləriindən bir, rayon fermerlər şurasının sədri Surəddin Quliyev qarşılayır. Sahələrdə işləyən iki taxılbiçən kombayn, bir neçə yedək traktorunu, yük maşının və digər zəruri texnikanı müşahidə edirik. Məhsulu toplanan sahənin kənarında fermerlərlə bərabər DAİM –nin və digər aidiyyəti sahənin rəhbərləri, mütəxəssisləri ilə salamlaşırıq. Rayon İcra Hakimiyyətinin başçısının gəlişi gözlənilir...
RİH başçısı Rüstəm Xəlilov taxıl sahədə insanlarla görüşüb tanış olur . ”Aqrolizinq” MM-nin rəhbəri Elnur Xancanov, DAİM-nin texniki nəzarət müfəttişi, sektor müdiri Avdı Nəzərov, Kənd inzibati Ərazi nümayəndəsi Vüqar Bədəlov, yerli bələdiyyə sədi Alıhüseyn Hüseynov, fermerlər İlqar və Əlihüseyn Quliyevlər və taxılbıçən kombaynların mexanizatorları ilə səmimi görüş söhbət alınır.
Görüş zamanı rayon rəhbəri texniki təminat, biçinə cəlb edilən kombaynların iş rejimi, bicin prosesinin keyfiyyəti və qiyməti ilə həmçinin əkilmiş toxum sortlarının reproduksiyaları ilə bağlı fermerlərlə söhbətlər aparmışdır. RİH başçısı taxıl biçilən ərazidə yanğın təhlükəsizliyi və mühafizə tədbirləri ilə bağlı həyata keçirilən tədbirlərlə tanış olub. Rayon rəhbəri görüş zamanı fermerlərə tapşırıq və tövsiyələrini vermiş, onlara işlərində uğurlar arzu etmişdir.
DAİM –nin rəhbəri T.Ağamalıyev söhbət zamanı əlavə etdi ki, rayonun taxıl biçilən zəmilərində30-dan artıq taxılbiçən kombayn işləyir. Gündə-300-350 hektar buğda sahəsinin məhsulu biçilir. Hər hektardan məhsuldarlıq 45 sentnerə yaxındır. Bolluqla, bərəkətlə dolu bu gün sona çatır
Rüstəm Məlikov,”anakur.az”-in baş redaktoru.



