İqlim dəyişmələrinin fəsadları artıq dünyanın istənilən nöqtəsində müşahidə olunur. Qlobal istiləşmə, su qıtlığı, torpaqların deqradasiyası, biomüxtəlifliyin azalması və ekstremal hava hadisələri həyatımıza birbaşa təsir göstərir. Bu reallıq dövlətləri, beynəlxalq təşkilatları, ictimai institutları və vətəndaş cəmiyyətini dayanıqlı gələcək naminə birgə fəaliyyətə səsləyir. Bu baxımdan, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ilin noyabrında Bakıda keçirilməsi həm Azərbaycan, həm də region üçün tarixi əhəmiyyət daşıyır.
COP29 yalnız dövlətlərin, hökumətlərin deyil, həm də vətəndaş cəmiyyətinin konfransı idi.
Təsadüfü deyil ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2025-ci il üçün elan etdyyi qarant müsabiqələri mövzuları sırasında COP29-n missiyalarının təşviqinə xüsusi yer ayırmışdır.İctimai birlik olaraq biz də müsabiqədə ”COP29-un qlobal missiyalarının yerlədə təşviqi” adlı layihə ilə iştirak edərək qaliblər sırasında yer almışıq. Buna görə Agentliyə minnətdarlığımızı bildiririk.
“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi olaraq biz bu mühüm tədbirin qlobal missiyalarına dəstək verməyi özümüzə mənəvi borc bilirik. COP29-un əsas məqsədi dünyanı iqlim böhranı ilə mübarizədə birləşdirmək, istixana qazı emissiyalarının azaldılması, iqlim maliyyələşdirilməsi mexanizmlərinin gücləndirilməsi, eləcə də ekoloji maarifləndirmə və dayanıqlı inkişafın təşviqinə yönəlmiş qlobal gündəliyi irəli aparmaqdır.
Azərbaycanın ev sahibliyi etdiyi bu beynəlxalq tədbir, ölkəmizin iqlim gündəliyində oynadığı rolu daha da möhkəmləndirməklə yanaşı, yerli ictimai birliklər üçün də yeni imkanlar açır. “Ana Kür” birliyi olaraq biz Salyan bölgəsində COP29-un məqsədlərini izah edən maarifləndirici tədbirlər, seminarlar, açıq müzakirələr və sosial layihələr həyata keçirməkdə davam edirik. Xüsusilə, də gənclərin və məktəblilərin iqlim dəyişikliyi ilə bağlı məlumatlandırılması, su ehtiyatlarının mühafizəsi və ekoloji təfəkkürün formalaşdırılması əsas prioritetlərimiz sırasındadır.
“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dəstək Agentliyinin 2025- ci il üçün elan etdiyi qrant müsabiqəsinin qalibi kimi növbəti aylarda “Cop29-un qlobal missiyalarının yerlərdə təşviqi”layihəsinin icra planına uyğun olaraq Kür çayı sahillərində yeni eldar şamı və digər ağaclar əkilməsinə dəstək olacaq, məktəblərdə maarifləndirici tədbirlər icra edəcəkdir.
