
“Ana Kür” Ictimai Birliyi icra etdiyi “COP29-un qlobal missiyalarının yerlərdə təşviqi” layihəsi çərçivəsində son tədbirini rayonunun Arbatan kəndində Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında keçirilib

Konfrans formatında baş tutan tədbirdə dövlət və bələdiyyə qurumları, ekoloji sahədə fəaliyyət göstərən təşkilatların rəhbərləri, ictimai təşkilatlar, media təmsilçiləri və müxtəlif yaş qruplarımda olan benifisarlar iştirak etmişlər.
“Ana Kür” İctimai Birliyinin sədri, layihə rəhbəri Rüstəm Məlikov COP29-un qlobal missiyalarına töhfələr vermək üçün hər birimizin vətəndaş təəssübkeşliyi göstərmək zərurətindən söz açmışdır.


Konfransda 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul işçisi Gülhüseyn Ağayev, DAİM-nin direktor müavini Rişad Əsgərli Salyan Bələdiyyəsinin sədri Telman Ağabəyov, fermer Avdı Həsənov, Arbatan kənd bələdiyyəsinin sədri Əlihüseyn Hüseynov, Rayon Ziyalılar birliyinin sədri Allahverdi Piriyev və başqaları sıxış edərək layıhənin fəaliyyət planına uyğun olaraq görülən işlərı təqdirəlayiq hesab etmiş və layihənin davamlı inkişafı üçün təkliflər səsləndirilmişdir.


Konfransda xüsusi ilə vurğulanmışdır ki, ətraf mühitə vurulan ziyanın təsini azaltmaq üçün regionlarda da məişət tullantılarının çeşidlənməsi və emalı müəssisələrinin təşkilinə ehtiyac vardır. Içməli və əkin üçün istifadə olunan sudan qənaətlə istifadə edilməlidir. Hər kəs çalışdığı sahədə ekoloji məsələlərə daha çox diqqət ayıra bilsə COP29-un qlobal məqsədlərinə töhfə verə bilərik.
