Azərbaycan milli tarix elminin fundamental əsaslarının yaradılması, akademik milli tarixşünaslıq məktəbinin formalaşaraq inkişaf etməsi Əlövsət Quliyevin adı və fəaliyyəti ilə bilavasitə bağlıdır. Onun yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi Azərbaycan xalqının və dövlətinin bu böyük insanın qoyduğu elmi irsə, onun xatirəsinə göstərdiyi diqqət və qayğının təzahürüdür.
3 oktyabr 2022-ci il tarixində Salyan rayon İcra Hakimiyyətində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Akademiyanın müxbir üzvü, tarix elmləri doktoru, professor Əliövsət Nəcəfqulu oğlu Quliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə elmi-praktik konfrans keçirmişdir. Konfransda Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Prezident təqaüdçüsü Dilarə Seyidzadə, AMEA-nın Tarix İnstitutun icraçı direktoru Cəbi Bəhramov və oğlu Təlatüm Quliyev akademikin Azərbaycan elminə verdiyi böyük töhfələrdən danışmış, onunla bağlı xatirələrini bölüşmüşlər.