
Salyan Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə 2023-cü il Heydər Əliyev ilidir çərçivəsində ağacəkmə kampaniyası keçirilmişdir. Tədbirdə Salyan RİH başçısı Sevindik Hətəmov, hüquq- mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının işçiləri,ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Salyan Plastik Kütlə Emalı Zavodunun yaşayış massivində bu məqsədlə hasırlanmış ərazidə 250 ədəd yaşıl ağqac əkilmişdir. Rayon yaşıllaşdırma idarəsinin kollektivi tərəfindən yeni əkilmiş ağaclar suvarılmışdır.
Tədbir iştirakçıları ağacəkmə kampaniyasına qoşulmaqla,Ümummilli liderimizə öz ehtiramlarını nümayiş etdirmiş, onun ölkəmizin digər sahələrinin inkişafı ilə yanaşı, ölkəmizdə ətraf mühitin qorunması, meşə fondunun genişlənməsi, yeni parkların salınması, yaşıllıqların artırılması istiqamətində işlərini xatırlamışlar.
Tədbir iştirakçıları bildirmişlər ki, hər kəz ağacəkmə kampaniyasında fəal iştirak etməklə, Ulu Öndərin xeyirxah əməllərini davam etdirməyə çalışır.


