Vətən müharibəsində düşmən təxribatının qarşısın alınması zamanı igidlik göstərərək şəhidlik zirvəsinə uçalmış hərbi qulluqçumuz Səmədov Elminin ildönümü münasibətilə məzarı ziyarət olunub
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Vətən müharibəsində də iştirak edərək böyük şücaət göstərmiş Elmin Səmədov Prezident İlham Əliyevin Sərəncamları ilə “İgidliyə görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!