Milli Mətbuatımızın 149 illiyi Salyanda geniş geyd edildi
Azərbaycanın milli mətbuatının keçdiyi tarixi yol çox məzmunludur. Yüz qırx doqquz il əvvəl Rusiyada təhsil almış ziyalı, maarifpərvər bir oğlu Həsən bəy Zərdabi tərəfindən “Əkinci” qəzetinin nəşri ilə başlayan bu yol Azərbaycanda ana dilli mətbuatın inkişafı üçün bir mayak olmuşdur. Indi o dövrdən təqribən bir əsr yarıma bərabər dövr keçmişdir.
Zaman keçdikcə, iyirminci əsrin əvvəllərindən başlayaraq dünyada gedən ictimai- siyasi proseslər mətbuatın da yeni səviyyədə inkişafı üçün yol acmışdır. Bu tarixi prosesdə yaranan mətbu nəşrlərin ömrü o qədər də çox olmasa da onlar xalqın azadlıq və məfkurə ideyalarına işıq saçmış, böyük ziyalı nəslinin yaranmasında müstəsna rol oynamışdır. Biz qurur duyuruq ki, ötən əsrin əvvəllərində mühüm ədəbi –ictimai hadisə olan “Həyat” qəzetinin və “Füyuzat” jurnalının naşiri türk dünyasının böyük ədibi Əli bəy Hüseynzadə olmuşdur.
Anakur.az xəbər verir ki, Salyan Rayon İcra hakimiyyətində Azərbaycan Milli Mətbuatının 149-cu ildönümü münasibəti ilə tədbir keçirilmişdir.Tədbirdə rayonun ictimai-siyasi qəzeti olan “Qələbə”nin yaradıcı kollektivi və rayonda yaşayıb yaradan televiziya jurnalistləri iştirak etmişlər. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov media işçilərini salamlayaraq onları peşə bayramları münasibəti ilə təbrik etmiş, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulamışdır. Mətbuatımızın cəmiyyətin həyatındakı mühüm rolundan danışan rayon rəhbəri rayonda aparılan geniş miqyaslı işlərdən danışmış, uğurlarımızda jurnalistlərin də rolunun olduğunu bildirmişdir. Rayonda nəşr olunan “ Qələbə” qəzetinin dövrlüyünün saxlanılması üçün hər zaman diqqət göstəriləcəyini bildirmişdir.
“Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov çıxış edərək səmimi qəbul üçün təşəkkürünü bildirmiş və qəzetin bu il rayon rəhbərinin dəstəyi ilə keçirilən 100 illik yubileyini xatırladaraq bu mətbu orqanın keçdiyi tarixi yola bir daha nəzər salmışdır.
Qeyd edilmişdir ki, nəşrə başladığı ilk gündən rayon qəzeti xalqın maariflənməsində, qarşıda duran sosial-iqtisadi vəzifələrin həyata keçirilməsində, bölgədə yeni ədəbi qüvvələrin yetişməsində mühüm rol oynamış, zamanın 100 illik salnaməsini yaratmışdır. Qəzetin bir əsrlik tarixi yubileyi də rayonun və bölgənin həyatında mühüm mədəni ictimai hadisə olmuşdur.
Qəzetin yaradıcı kollektivi bütün tarixi proseslərdə samanlıların dövlətə sədaqətini, qurub-yaratmaq əzmini, Vətən müharibəsi dövründə qəhrəmanlıq və şücaətini publisistik sözün imkanlarından bacarıqla istifadə etməklə həyata keçirmişdir.
Çay süfrəsi arxasında davam edən tədbirdə RİH başçısı Sevindik Hətəmov jurnalistlərə xatirə hədiyyəsi vermiş və onlara yeni yaradıcılıq uğurları arzulamışdır.