“Qələbə” qəzeti kollektivi daima öz oxucuları ilə görüşür. Rayonun tanınmış ziyalıları tez-tez redaksiyaya olur, yaradıcı prosesdə iştirak edir, yeni ideya və təkliflər verir onları maraqlandıran və narahat edən məsələlər barədə fikir mübadiləsi edirlər.
Anakur.az bildirir ki, 22 iyil milli mətbuat günündə də Qələbə qəzeti öz oxucuları ilə birlikdə olmuşdur. Şəhər mərkəzindəki “Nabat” çay evinin geniş salonu tədbir iştirakçılarının ixtiyarına verilmişdi. Tədbirdə Yeni Azərbaycan Partiyasının Salyan Rayon təşkilatının sədri Elmar Əbilov, rayonun təhsil, mədəniyyət, dövlət qulluğu işçiləri həmkarlar təşkilatlarının rəhbərləri, Rayon Ağsaqqallar Şurasının sədri, rayon ziyalılar birliyinin üzvləri mədəniyyət işçiləri, şəhər sakinləri iştirak etmişlər.
Rayon mədəniyyət işçiləri həmkarlar təşkilatının sədri Vəfa Əbilovanın Mətbuat Günü münasibəti ilə xüsusi olaraq sifarış etdiyi tort, kəsilmiş və süfrə başında olanlara paylanılmışdır.
Çay süfrəsi arxasında keçən tədbirdə “Qələbə”qəzetinin baş redaktoru Rüstəm Məlikov çıxış edərək iştirakçıları əlamətdar gün münasibəti ilə təbrik etdi. O. bildirmişdir ki, 100 yaşını bu il respublika səviyyəsində qeyd edən qəzet kollektivi rayonun ictimai siyasi həyatında yaxından iştirak edir, həyata keçirilən sosial-iqtisadi layihələrin işıqlandırılmasını təşkil etməklə zamanın salnaməsini yaradır.
Son illər qəzet iqtisadi çətinliklərlə üzləşsə də daimi oxucuları, qəzetin dostları həmişə kollektivlə birlikdə olmuş, şəxsi təşəbbüsləri ilə abunədə iştirak etmişlər..
YAP rayon təşkilatının sədri Elmar Əbilov Mətbuat günü münasibəti ilə kollektivi təbrik etmiş və partiyanın ictimai –siyası həyatında yaxından iştirak etdiyinə görə baş redaktor Rüstəm Məlikova və jurnalist Leyla Nəsirovaya fəxri fərman təqdim etmişdir.
Təhsil işçiləri Həmkarlar İttifaqı Salyan rayon Komitəsinin sədri Yaqut Ələskərova , Mədəniyyət işçilər Həmkarlar İttifaqı Salyan Rayon Komitəsinin sədri Vəfa Əbilova çıxış edərək rayon qəzetinin fəaliyyətinə uğurlar diləmiş və kollektiv üzvlərinə hədiyyələr təqdim etmişdir.
Rayon Ağsaqqallar Şurasının sədi i və Salyan rayon icra hakimiyyəti yanında ictimai şuranın üzvü Məhəmməd Ağayev, rayon ziyalılarından Afət Ələkbərov, Sahib Həsənov, Vaqif İslamov və başqaları çıxış edərək doğma qəzetin daha yaxşı fəaliyyət göstərməsi üçün arzu və təkliflərini bildirmişlər.