Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA ictimai birliyinin nümayəndələrinin və könüllülərin iştirakı ilə Şirvan şəhərində “Yaşıl marofon” adlı ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyası Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsinin yaxınlığındakı meşə fondu ərazisində həyata keçirilib. Vaxtı ilə iki hektar olan bu ərazidə meşə zolaqları salınmasına baxmayaraq, müəyyən səbəblərdən həmin meşə zolaqları məhv edilib. Artıq bu gündən etibarən sözügedən ərazinin bərpası məqsədi ilə ağacəkmə aksiyasına başlanılıb. Ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə yanaşı, İDEA ictimai birliyinin nümayəndələri və könüllülər də iştirak ediblər.
Tədbir iştirakçısı Heydər Cəfərov:Bu gün ağacəkmə aksiyasına böyük həvəslə qoşulduq. Ağac əkdik könüllü yoldaşlarımızla birgə olaraq. Bu ağacəkmə aksiyamız çox həvəslidi. Gələcəknəsillərimizə yeni ağaclar ötürrük. Çünki bizdən də öncə bizədə ötürülüb bu ağaclar, oksigen, təbiət. Bu təbiəti qorumaq lazımdır. İnşəallah işğaldan azad olunan Qarabağ torpaqlarında da ağac əkininidavam etdirərik.
Əkin zamanı iqlim şəraitinə uyğun olan Göyrüş ağaclarından istifadə edilib. Gün ərzində 2500 ədəd belə ağac əkilib. Əkilən ağacların dibi torpaqla doldurulub və sonra suvarılıb.
Firdovsi Əliyev-ETSN-nin müavini: Bu tədbiri ilk dəfə olaraq biz azad olunmuş ərazilərdən, hansı ki, 30 il həsrətində olduğumuz ərazilərdə bu tədbiri başladıq. Zəngilandan başladı bu proses. İl ərzində 1 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulub. Ağaclar əsasən o yerlərdə əkiləcək ki, hansı ki, seyrək ərazilərdi, vaxtı ilə meşə əraziləri olub, yaşıllıq olan ərazilər olub və o ərazilərdə ağacların əkilməsi hədəflənib.
“Yaşıl marafon” adlı ağacəkmə aksiyası yaz və payız mövsümlərində də davam etdiriləcəkdir.