AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Təbii fəlakət nəticəsində 3471 bina dağılıb.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.
Türkiyə təbii fəlakətlə bağlı NATO və Avropa İttifaqı da daxil olmaqla 45 ölkədən yardım təklifləri alıb. Bir müddət öncə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələ bölgəsinə çatıb.