Ölkəmizdə aparılan islahatlar və müasir sosial-iqtisadi infrastruktur quruculuğu Azərbaycanın Cənubi Qafqazın sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkəsi kimi formalaşmasına səbəb olmuşdur. Ölkəmizin ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olması və nəhəng qlobal iqtisadi layihələrin reallaşdırılmasında uğurla iştirak etməsi Azərbaycanı regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevirmişdir. Nəticədə Azərbaycanın regionda iqtisadi rolunu yüksəlmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaradılmışdır. Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini də yüksəltmişdir. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəyə transformasiya olundu. 2020-ci il noyabrın 10-da imzalanmış tarixi Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin mövcuddur. Azərbaycan inkişaf edir, yeni qlobala meyaralara uyğun iqtisadi islahatlar həyata keçirir.
Azərbaycan Respublkası Prezidenti Cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” in təsdiq edilməsi haqqında sərəncamı da qarşıdakı dövrdə ölkənin əsas sosial-iqtisadi inkişaf istiqamətlərini və buna uyğun milli prioritetlərini müəyyənləşdirməyi tələb edir.
Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritet reallaşdırılacaq.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetin reallaşdırılması nəzərdə tutulur:
– dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
– dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
– rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
– işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
– təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Həmin hədəflərə uyğun olaraq qarşıdakı 10 il ərzində yüksək iqtisadi artımın və ölkənin davamlı inkişafının təmin edilməsi üçün möhkəm zəmin yaradılması nəzərdə tutulubdur. Burada həm davamlı və yüksək iqtisadi artım, həm də daxili və xarici təsirlərə dayanıqlıq kimi alt prioritetlər əsas yer tutur. Ümumilikdə, prioritetlərə əsasən, 2030-ci ilə qədər iqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmasə proqnozlaşdırılır. Bunun üçün yüksək gəlirli iş yerlərinin yaradılması, həyat səviyyəsinin ilbəil yaxşılaşdırılması, iqtisadiyyatın dərin şaxələndirilməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr”in tapılması, qeyri-neft sektorunun əsas drayver kimi gücünün artırılması nəzərdə tutulubdur.
Azərbaycan Respublkası Prezidenti Cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” in təsdiq edilməsi haqqında sərəncamında müəyyən olunmuş prioritetlər sırasında işğaldan azad olunmuş ərazilərə qayıdışın xüsusi tarixi və siyasi əhəmiyyəti var. Çünki 30 ildə yaxın Ermənistanın işğalı altında qalan rayonların ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda, beynəlxalq və regional əhəmiyyətli nəqliyyat-logistika dəhlizlərinin fəaliyyətə başlaması həm Azərbaycan iqtisadiyyatına əlavə güc qatacaq, həm də bölgədə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasını şərtləndirəcək: “Azərbaycan dövlətinin əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərimizdə əhalinin məskunlaşma səviyyəsinin işğala qədərki səviyyəyə çatdırmaqdan ibarətdir. Buna nail olmaq üçün bütün imkanlar, o cümlədən iqtisadi potensial və insan resursları mövcuddur. Ən əsas amil isə bundan ibarətdir ki, bizim vətəndaşlarımız, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağı səbirsizliklə gözləyirlər. Azərbaycan xalqı üçün, dövləti üçün bu torpaqlara qayıdış həm siyasi, həm mənəvi-psixoloji, həm də iqtisadi baxımdan müstəsna əhəmiyyətə malikdir
Azərbaycan Ordusu Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə qazanaraq işğal altındakı tarixi torpaqlarımızı azad etdi. Azərbaycan hazırda yeni bir dövrə qədəm qoyub, öz doğma torpaqlarından köçkün düşən insanların dayanıqlı məskunlaşmasının təmin edilməsi və bu ərazilərin ölkənin iqtisadi-sosial həyatına qoşulması üçün işlər həyata keçirilməkdədir. Məhz bu məqsədlə Milli Prioritetlərin ən mühüm hədəflərindən biri də Böyük Qayıdışa uyğun proqramların hazırlanması və icrasıdır. Bu hədəf üzrə işlər tamamilə yeni reallıqlar əsasında Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanması deməkdir.
Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi
Araz Hüseynov