Əzəli yaşayış sahələrimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarının və digər sərmayələrin cəlb edilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri məhz bu ərazilərdəki real vəziyyəti görüb qiymətləndirmək, yenidənqurma işləri ilə bağlı lazımi tədbirləri görmək məqsədilə baş tutmuşdur.
Salyan Dövlət Statistika İdarəsinin rəisi Hüseynov Elnur Hüseynov "Anakur.az" saytına müsahibə verərkən bildirmişdir ki, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncam və göstərişləri ilə artıq işğaldan azad edilmiş ərazilərdə ilk zəruri bərpa işlərinə başlanıb. Dövlət başçısının dediyi kimi: “Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq-cəmi 44 gün ərzində-bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”. Qarabağın bərpası dövlətimizin başçısının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamı ilə müəyyənləşdirilən əsas hədəflər sırasında xüsusi yer alıb. Belə ki, növbəti 10 il üzrə inkişafımızın bundan sonrakı mərhələsi üçün yol xəritəsi sayılan bu sənədə görə, beş prioritetdən birində məhz düşməndən təmizlənən ərazilərə əhalinin qayıdışının daha intensiv formada reallaşdırılması, məskunlaşmanın dayanaqlığı və nəhayət, məskunlaşmış ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası nəzərdə tutulub. Bərpa işləri arasında elektrik enerjisinin xüsusi yer tutur, Prezident İlham Əliyev səfər zamanı sözügedən məsələyə xüsusi diqqət yetirildiyini deyərək bildirmişdir ki, ilk növbədə Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlar atılır və birinci mərhələ başa çatıb və Şuşanı dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də yüksəkgərginlikli xətlər çəkir və şəhərdə elektrik yarımstansiyası inşa edir. Dövlət başçımız Güləbird kəndində Su Elektrik Stansiyasının açılışı zamanı bildirdi ki, işğaldan azad edilmiş rayonlarda “yaşıl enerji” zonasının yaradılması məqsədilə ilkin olaraq pilot layihələr qismində bəzi yerlərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının da tətbiqi baş tutacaq. Azad edilmiş ərazilərdə reallaşdırılacaq “ağıllı şəhər”, “ağıllı kənd” layihəsi ilk növbədə, dünyada baş verən qlobal çağrışlara cavab verəcək. Qarabağ regionu texnoloji investisiyalar üçün maraq mərkəzinə çevriləcək, həm də digər regionlarımızda ağıllı şəhər-kənd texnologiyalarının tətbiqi üçün təcrübə rolunu oynayacaq. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək. Bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su veriləcək. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq. Qısa müddət ərzində bütün imkanlar, texnika, işçi qüvvəsi səfərbər edilib və 7 min hektarda əkin işləri aparılıb. Terrorçuluğun sahəsi, yaşı, dini, irqi, ünvanlanmış obyekti olmur. İşğalçı rejim Azərbaycana qarşı ekoloji terror törətmişdir. Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır. Lakin qələbədən qısa müddət keçməsinə baxmayaraq ekoloji bərpa işləri də tez bir zamanda start götürüb. Artıq Ulu Öndərin “Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamı gerçəkləşdi! Bu Günəş ən soyuq yerdə, ən sazaq günlərdə də bizi isidəcək, bizi yeni zəfərlərə, qalibiyyətlərə səsləyəcək! Əkəcək, becərəcək, suvaracaq, yetişdirəcək, toxuyacaq, istehsal edəcəyik... Bir sözlə, gül-gülüstana çevirəcəyik el obalarımızı
Var ol, Müzəffər ordumuz!
Minnətdarıq, cənab Ali Baş komandan!
Ruhunuza ehtiramımız əbədidir, əziz şəhidlərimiz