Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfi (TÜRKSAV) bu il "19 May Türk Dünyası Diriliş Mükafatı"nı Azərbaycan Prezidenti İlham Əliyevə verib.
Anakur.az xəbər verir ki, bu barədə Vəqfin İdarə Heyətinin sədri Yahya Akengin bildirib.
O, 1919-cu ildə Mustafa Kamal Atatürkün başlatdığı Türk dünyasının dirçəliş hərəkatının Qafqazda işğalçı Ermənistana qarşı davam etdiyini deyib.
"2020-ci ildə Azərbaycan, Türk xalqı İlham Əliyevin liderliyi ilə işğalçı erməni zehniyyətinə qarşı zəfər qazandı. Bu, türk dünyasının ortaq zəfəridir. Zəfərə liderlik edən İlham Əliyevə bu mükafatı təqdim edəcəyimizdən şərəf duyacağıq", - deyə Yahya Akengin qeyd edib.