Şuşa, 31 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Xankəndi-Laçın yolunda ekofəallara və könüllülərə dəstək vermək üçün musiqiçilər aksiyanın keçirildiyi əraziyə gəliblər.
AZƏRTAC xəbər verir ki, onlar milli və vətənpərvərlik ruhunda musiqilər ifa edirlər.
Aksiya iştirakçılarının əhval-ruhiyyələri yüksək səviyyədədir.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 20 gündür davam edir.