Hazırda ölkədə qış turizm mövsümüdür. İnsanların daha çox bölgələrə üz tutuduğu bir vaxtda regionlarda fəaliyyət göstərən otel və əyləncə mərkəzlərinin qiyməti xidmət səviyyəsindən asılı olmayaraq kifayət qədər bahadır.
Ötən il pandemiya səbəbilə yeni ilin tətil günlərini dəyərləndirə bilməyən vətəndaşlar bu il fürsəti əldən vermək istəmirlər. Amma bölgələrdəki istirahət mərkəzlərinin qiyməti deyəsən, onlar üçün “sərt karantin” qaydasını yenidən tətbiq edəcək.
Turizim Agentliyi istirahət mərkəzlərinə qiymətlərlə bağlı tövsiyələr təklif edəcəkmi?
Dövlət Turizm Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum qiymətlərin formalaşdırılması prosesində iştirak etmir:
“Bazar iqtisadiyyatında qiymətlər özəl şirkətlər tərəfindən müəyyənləşdirilir. Biz dövlət qurumu olaraq buna müdaxilə etmirik”.
Tövsiyəyə qaldıqda isə qurum istirahət mərkəzlərinə vətəndaşaların büdcəsini nəzərə almağı məsləhət görür:
“Qiymətlər daha münasib, bütün büdcələrə uyğun olmalıdır. Hami istəyir ki, daha əlverişli şərtlərlə istirahət etsin. Ancaq buna inzibati qaydada müdaxilə edə bilmərik. Bizim əsas vəzifəmiz sağlam rəqabət mühiti yaratmaqdır”.