İctimai Şura Salyanda mövcud problemlərin işıqlandırılması yollarını müzakirə etmişdir.
Bu barədə anakur.az saytina şura sədri Rüstəm Məlikov məlumat vermişdir. O bidirmişdir ki, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağrışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransları başa çatdıqdan sonra yerlərdə fəaliyyət göstərən Şiralar burada ürəli sürülən vəzifələrin reallaşmısı üçün görüləcək işləri müzakirə etmişlər.
Qeyd edilmişdir ki, Şirvan şəhərində keçirilən müşavirədə digər dövlət və ictimai qurumlarla yanaşı Salyan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri də iştirak etmişlər. Müşavirədə iştirak edən digər beş rayonla yanaşı Salyan təmsilçilərinin də fikirləri səslənmiş və tədbirin spikerləri ilə canlı diolaq olmuşdur.
Zona müşavirələri sanıram ki, hər bir İctimai Şura üzvü üçün çox maarifləndirici və təşviqedici amillərlə zəngin oldu. Xüsusən, müasir dövrün çağrışlarına uyğun olaraq ictimai iştirakçılığın daha da genişləndirilməsi, bünün üçün sosial medianın imkanlarından operativ və səmərəli istifadənin zəruriliyi müzakirə edildi. Biz də müşavirənin tribunasından sosial mediada məsuliyyət məsələsinin vacibliyini önə çəkdirk. Sanırıq ki, İctimai Şuraların yaradılması zəruri olan olan yeni sosial şəbəkə səhifələri təkcə cəmiyyətimizdəki problemləri önə çəkib qabardmaqla deyil, eyni zamanda sosial məsələlərin dövlət proqramları çərçivəsində ardıcıllıqla həll edildiyini əsas götürməklə, yerli əhəmiyyətli məsələlərin aidiyyatı dövlət qurumlarının nəzərinə vaxtında çatdırmaq və onların həllinə nail olmaqdır. Bu sahədə müsbət təcrübənin təbliğ edilməsi də çox vacibdir.
Regionda keçirilən müşavirədən sonra burada səslənmiş çağrışlar İctimai Şuramızın son iclasında geniş müzakirə olunmuş, bu sahədə Salyan rayonundakı müsbət təcrübə qeyd edilməklə insanların müraciət imkanlarının genişləndirilməsi üçün daha geniş şəraitin yaradılması zərurəti vurğulanmışdır.
Salyan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimia Şura sədrinin müavini Leyla Nəsirova, Şuranın katibi Vəfa Əbilova, üzvlərdən Allahverdi Piriyev, Məhəmməd Ağayev, Sevda Quliyeva və Arif Əskərov çıxış edərək zona konfranslarında müzakirə olunan məsələlərin həlli üçün görüləsi işlərə münasibət bildirmiş, İctimai Şuralar və onları təmsil edən QHT-lərin cəmiyyətin və dövlətin həyatında daha aktiv və səmərəli rol oynamaları üçün irəli sürülən təkilfləri dəstəkləmişlər. Məqsəd ictimai nəzarətin həyata keçirilməsi, vətəndaş –məmur münasibətlərinin daha da yaxınlaşması, nəticə etibarı ilə dövlətimizin və cəmiyyətimizin həyatında QHT-lərin rolunun artması və fəaliyyətlərinin yeni dövrün tələblərinə cavab verməsi üçün şəraitin yaradılmasıdır.