Avqust ayının ikisində xəbər portallarında və sosisal şəbəkələrdə Sabirabad rayonu ərazisində ölümlə nəticələnən zəncirvari yol qəza barədə xəbər şox sürətlə Salyan rayonuna da yayıldı. Xəbərdə deyilirdi ki,hadisə Sabirabadın Qaragünə kəndundə Şirvan Salyan magistiralında qeydə alınmışdır.Minik və yük maşının qarşıdan gələn avtobobillə toqquşması nəticəsində bir nəfərin hadisə yerində öldüyü, 6 nəfərin isə xəsarət aldığı bildirilirdi. Ölən şəxsin Salyan şəhər sakini Fazil Sabir oğlu Məhərrəmov olduğu olub.
Bəli, bu acı xəbərin təsirindən hələ çoxlarımız çıxa bilməsək də qəfil ölüm 32 yaşlı Fazili artıq bizdən ayırmışdı.
Fazili Salyanda demək olar ki, gənclər də, orta nəsil də yaxşı tanıyırdı. Yaşlı nəsil isə onu vaxtında Salyanın müqtədir ziyalılarından, qabaqçıl pedaqoqlarından olmuş babası Fazil müəllimin nəvəsi, Salyan Rayon İcra Hakimiyyətində sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri olan Sabir Məhərrəmovun oğlu kimi tanıyirdılar. Hamıda da bir fikir var idi. Ağıllı, işküzar, təşkilatçı bir gəncdir. Onu məhz bu keyfiyyətlərinə, dövlətinə və yeni azərbaycan partiyasının ideyalarına bağlılığına görə partiyanın rayon təşkilatında işə dəvət etmişdilər. Məlum hadisə günü isə YAP Salyan rayon təşkilatı sədrinin müavini vəzifəsinə təyinat almışdı...
Talə belə imiş.Sonuncu dəfə iş otağından çıxarkən bəlkə də dönüb bir də baxıb, baxıb ki, hələ qarşıda onu daha məsul vəzifələr, işlər gözləyir. Ata, ana isə toy sevincinə, nəvə, nəticə arzularına qovuşduracaq duyğularla yaşayırdı.
Bütün müsbət keyfiyyətlərinə rəğmən biz onun vətənpərvərlik duğularını xalqımıza Zəfər tarixini yaşatmış şəhidlərimizin dəfnində göstərdiyi əməli köməklik zamanı çox yaxından tanıya bildik.
Fazil Məhərrəmovun dəfni ümumrayon səviyyəsində oldu.Qəlbinin hökmü ilə yüzlərlə insan gecə saatlarında onu son mənzilə yola saldılar. Başçı Sevindik Hətəmov olmaqla rayon icra hakimiyyətinin aparatı, rayon ictimaiyyətini təmsil edən ziyalılar,onun dostları, tələbə yoldaşları,doğmaları, şəhər sakinləri qəlblərinə süzülən göz yaşları ilə onunla vidalaşdılar.
Mərhumun dörd mərasimində rayon rəhbərliyi başda olmaqla ictimaiyyət təmsilşiləri yenə də onun məzarını ziyarət etdilər. Salyan Rayon İcra Hakimiyyəti və rayonun hüquq –mühafizə orqanlarının rəhbərləri, təhsil, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri, partiya fəalları, doğmaları tərəfindən məzarı üzərinə əklil və tər gül çiçək dəstələri qoydular ruhuna dualar oxudular.
Allah səni rəhmət etsin.Fazil Sabir oğlu.Yerin cənnət olsun
.
İnsanların qəlbində bu əvəzsis itkinin, vaxtsız ölumun doğurduğu hisslər hələ uzun müddət səngiməyəcəkdir. Xüsusən sosial şəbəkə istifadəçiləri, ayrı-ayrı adamlar bu faciənin təsirindən yazırlar. Redaksiyamıza dil ədəbiyyat müəllimi, qəlbi şair duyğulu bir insan, yaxşı tanıdığımız şair publisist Zöhrab Pirioğlu gələrək Fazilin vaxtsız ölümü ilə bağlı yazdığı şeri təqdim etdi. Öxuduq gövrəldik.Siz də dinləyin
Soyuq məzarının daşına qurban
Fazil Sabir oğlu Məhərrəmanovun əziz xatirəsinə
Ölüm karvan kimi baş alıb gedir,
Ömür kərpicindən daş alıb gedir,
Ağlayan gözlərdən yaş alıb gedir,
Fazil, o tez solan yaşına qurban,
Soyuq məzarının daşına qurban.
Həyat pəncərədir, baxıb gedirsən,
Ölüm libasını taxıb gedirsən,
Qaranlıq məzara axıb gedirsən,
Fazil, o tez solan yaşına qurban,
Soyuq məzarının daşına qurban.
Kəfənin üstündə qara göndərib,
Sənin məzarında dara göndərib,
Allahım gör səni hara göndərib,
Fazil, o tez solan yaşına qurban,
Soyuq məzarının daşına qurban.
Ömür çata bilmir çox vaxt yüzlərə,
Ömürdən nə qalır, görən, bizlərə?
Kəfən öpmək olur solan üzlərə,
Fazil, o tez solan yaşına qurban,
Soyuq məzarının daşına qurban.
Məzardan dön bəri, üzünə bir bax,
Alışan qəlbinin közünə bir bax,
Ananın ağlayan gözünə bir bax,
Fazil, o tez solan yaşına qurban,
Soyuq məzarının daşına qurban.
Zöhrab yaxşı bilir köçəri quşdur,
Ömür əvvəl –axır ölümə tuşdur,
Soyuq məzarının yazı da qışdır,
Fazil, o tez solan yaşına qurban,
Soyuq məzarının daşına qurban.
Zöhrab Pirioğlu Qəmli
4 avqust 2022 –ci il