Vətən müharibəsində şəhid olmuş kapitan İlkin Nəcəfovun ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur.
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kapitan İlkin Nəcəfov Misir oğlunun şəhadətinin ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı ata ocağında davam etmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!