Azərbaycanda gənclərin vətənpərvərlik ruhda tərbiyə olunması dövlətin başlıca vəzifələrdən biri olub.Gənclərin milli mənlik şürunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin aşlanması vacib işlərdən biri olmuşdur. Gənc nəslin vətənpərvərlik ruhunun artırılmasında təhsil ocaqlarının və hərbi xidmətin əvəzedilməz rolu vardır. Ordu dövlətin müstəqiliyini,suverenliyini və ərazi bötövlüyünün qorunmasının təminatçısıdır.Ordunun tərkib hissəsinin böyük bir qismi gənclərdən ibarətdir.
Anakur.az-a müsahibəsində Salyan rayonu, Kərimbəyli kənd tam orta məktəbin direktoru Ramil Zeynalov demişdir ki, müharibə dövründə Ali Baş Komandan Cənab İlham Əliyevin gənclərə müraciyəti Azərbaycan gənclərinin üzərinə düşən məsuliyyət və bu çağrışdan sonra gənclərin vətənin müdafiyəsinə könüllü olaraq qoşulması,ölkə xaricində yaşayan gənclərin də bu çağrışa qoşularaq ana vətəninə dönməsi 44 günlük müharibədə şücaət göstərərək Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad etməsi Azərbaycan gəncliyinin vətənpərvər huhda tərbiyə almasının əyani göstəricisi oldu. Azərbaycan dövlətinin yaratdığı imkanlardan gənclər yararlanır,inkişaf edir,bilik və bacarıqlarını artır dövlət və cəmiyyət qarşısında məsuliyyətini hiss edir qarşısına qoyulan öhdəlikləri layiqincə yerinə yetirir! Ölkə rəhbərinin gənclərə inamı vətən müharibəsində Azərbaycan gənclərinin böyük şücaət göstərməsinə zəmin yaratdı!