2021-ci il fevral ayının 26 da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirmişdir. Bu konfransın 26 fevralda keçrilməsi heç də təsadüfü hal deyildir.
Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin tarix müəllimi Yeganə Nəzirova Anakur.az-a müsahibəsində demişdir ki, həmin gün tariximizə qara hərflərlə yazılmışdır. Vətınimizin bir hissəsi olan Xocalının erməni vandalları tərəfindən işğal edildiyi gün idi. Və bu işğaldan artıq 29 il ötür. Prezident İlham Əliyev konfransda bir daha bəyan etmişdir ki, biz bu erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq. Həmin konfransda 2-ci Qarabağ müharibəsinə də geniş yer ayrılmışdır. Bu müharibədə bir sıra dövlətlərlə yanaşı qardaş Türkiyə Azərbaycana daha böyük həm hərbi, həm də mənəvi yardımlar göstərmişdir. Mətbuat konfransında Prezident İlham Əliyev Azərbaycan Türkiyə hərbi əməkdaşlığının necə möhkəm tellərlə bağlı olduğunu bildirmişdir.
44 gün davam edən 2-ci Qarabağ müharibəsində Türkiyənin istehsalı olan müdafiə sistemlərindən geniş istifadə edilmişdir. Vətən müharibəsinin başladığı ilk günlərdən Türkiyə dövləti sülhə və sabitliyə hesablanmış davranış nümayiş etdirərək haqq işində Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərib. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə olduqca müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir. Türkiyə Müdafiə Nazirliyindən 100-dən çox mütəxəssis Azərbaycana ezam edilməsi, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması da əhəmiyyətli addım sayılmalıdır.