Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Xocalı soyqırımının il dönümündə şəhidlərimizi həm zəfər qüruru, həm də kədər hüznü ilə yad etdi. Bir çox ölkədən 50 – yə yaxın jurnalistin qatıldığı mətbuat konfransında Prezident İlham Əliyev sualları 4 saatdan artıq müddətdə və 4 müxtəlif dildə cavablandırdı. Dağlıq Qarabağ savaşı, Ermənistandakı vəziyyət, digər ölkələrlə münasibətlərə dair açıqlamalar verildi.
Anakür.az saytına müsahibəsində Salyan rayon sakini Leyla Ələkbərli bildirib ki, Prezident Ermənistanda yaranmış vəziyyətə baxmayaraq 10 noyabrda imzalanmış bəyanatın bütün bəndlərinin icra ediləcəyini, əks təqdirdə Ermənistanın daha da ağır vəziyyətə düşəcəyini, Ermənistan qarşısında seçim olmadığını qeyd etdi. Onların yeni reallıqlarla barışmalı və hesablaşmalı olduğunu bildirdi. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə yeni obyektlərin təməlini qoyulacağını bildirməsi beynəlxalq aləmə ciddi mesaj kimi qəbul edilir. Bu ərazilərə səfəri zamanı verdiyi bəyanatların iqtisadi – siyasi və hərbi əhəmiyyəti günü bu günə qədər şərh olunur. Prezidentimiz bununla bütün dünyaya bəyan edir ki, bu torpaqlar əzəli və əbədi olaraq bizimdir, ona görə də düşməndən fərqli olaraq onu dağıdaraq viran qoymuruq,əksinə, yenidən qururuq və cənnətə çevirəcəyik. İnsan heç vaxt özünə məxsus olanı dağıtmaz, deməli, bu ərazilər ermənilərə deyil, bizə məxsusdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regional liderliyi son 17 ildə iqtisadiyyatına 3 dəfədən çox böyütməsi, regional neft – qaz və nəqliyyat – logistika layihələrinin gerçəkləşdirilməsi ilə sübut olunmuşdur. İşğaldan azad edilmiş torpaqlar, oradakı faydalı qazıntılar, su və meşə resursları Azərbaycanın iqtisadi gücunu artıracaq. Xüsusəndə Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi islahatların daha da dərinləşdirilməsi üçün əsasları gücləndirir. Cənab Prezident çıxışında bildirdi ki, Ermənistan Azərbaycanla resurs müharibəsinə və silahlanma yarışına hazır deyil. Bu, Ermənistanı taqətdən salır və tükəndirir. Qarabağın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının genişlənməsinə və diversifikasiyasına töhfə olacaq.