Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 353 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 236365 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229591 nəfər müalicə olunaraq sağalıb, 3238 nəfər vəfat edib, aktiv xəstə sayı 3536 nəfərdir.