Azərbaycanda yoluxma 600-ü keçdi - daha 5 nəfər öldü
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Anakur.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 238383 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230244 nəfər müalicə olunaraq sağalıb, 3262 nəfər vəfat edib, aktiv xəstə sayı 4877 nəfərdir.
Ölkədə son sutka ərzində 10503, hazırkı dövrədək isə 2682116 test aparılıb.