"Peyvənd olunan şəxslərin ilk iki sutka ərzində spirtli içkilərdən, siqaretdən istifadə etməsi məsləhət deyil".Anakur.az bildirir ki, bunu Milli.Az-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.
İnfeksionist bildirib ki, peyvənddən sonra həmin nahiyyədə şişkinlik, ümumi bədən temperaturunun yüksəlməsi halları müşahidə oluna bilər ki, bunlar da normal reaksiyadır:
"Vaksinasiyadan sonra xüsusi qida ilə bağlı pəhriz barədə hər hansı bir tövsiyələr mövcud deyil. Bu baxımdan insanlar normal həyat fəaliyyətlərinə davam edə bilərlər.
O şəxslər bilirlər ki, özlərində sitrus meyvələrə qarşı allergik reaksiyalar olur və bu reaksiyanı peyvəndin reaksiyasından fərqləndirmək üçün ilk 24-48 saat ərzində qəbul etməmələri tövsiyə olunur".