İstiləşmə və su ehtiyatlarının qorunması
İstiləşmə və su ehtiyatlarının qorunması COP29 çərçivəsində Azərbaycanın BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanan ³Ԥtraf mühit üzrə fəaliyyətin icmalı´ hesabatının təqdimatında ekologiya və təbii sərvətlər nazirinin müavini 9üqar Kərimov dünya əhalisinin böyük bir hissəsinin su qıtlı÷ından əziyyət çəkdiyini və gələcəkdə bu problemin daha da kəskinləşəcəyinin gözlənildiyini deyib. V.Kərimov qeyd edib ki, Azərbaycanda Dövlət Su Komissiyası çərçivəsində su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azaldılması, yeni su mənbələrinin yaradılması, uçotun təkmilləşdirilməsi, idarəetmənin elektronlaşdırılması və digər istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirilir: “Ölkə Prezidentinin 2024- cü il 10 oktyabr tarixli sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiq edilib. Milli Strategiyanın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, həmin sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur”. Yeri gəlmişkən, adıçəkilən Milli Strategiya iqlim dəyişikliyinə qarşı mübarizənin uzunmüddətli dövrdə qlobal miqyasda əsas çağırışlardan biri kimi qəbul edildiyi, Davos İqtisadi Forumunun “Qlobal risklər – 2024” hesabatında uzunmüddətli dövrdə ekstremal hava hadisələri, biomüxtəlifliyin itirilməsi və ekosistemin dağılması əsas risklər qismində diqqətə çatdırılıb, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına əsaslanaraq, növbəti ildə temperatur səviyyəsinin sənayeləşmədən əvvəlki göstəricidən 1, C artma ehtimalının çox yüksək olduğu da diqqətə çatdırılıb. Milli Strategiyada qeyd edilir ki, qarşıdakı illərdə ölkənin su ehtiyatlarında azalmanın davam edəcəyi gözlənilir. Bildirilib ki, Dünya Resursları İnstitutunun son tədqiqatına görə, Azərbaycan 200-ci ilə qədər su ehtiyatlarının azalması ilə üzləşəcək 14 ölkə arasından 9-cu yerdə qərarlaşıb və orta-yüksək 20í40 faiz su stresi risk kateqoriyalı ölkə kimi təsnif edilib. “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da Dövlət Statistika Komitəsinin məlumatına əsaslanılaraq bildirilir ki, Azərbaycanda illik orta temperatur xüsusən 1980-ci ildən etibarən artmağa başlayıb və 2023-cü ildə 14,7C-yə yüksəlib. 191í2000-ci illərdə temperatur artımı isə illik orta hesabla 0,C qeydə alındığı halda, 2000í2020-ci illərdə bu artım 0,8C-yə bərabər olub. Son 30 ildə illik isti maksimum temperaturun 3C-dən yuxarı olduğu günlərin sayı 10-dan 1-ə artıb. Temperatur artımı və buxarlanma Xəzər dənizinə axan suyun həcminin azalmasına səbəb olub. Belə ki, 200-cı ildən etibarən Xəzərdə suyun səviyyəsinin ildə orta hesabla 11 santimetr azalması qeydə alınıb. Eyni zamanda, ölkə ərazisində yağıntıların uzunmüddətli dinamikası ümumilikdə sabit olsa da, son onillikdə cüzi azalma müşahidə edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə yağıntıların orta illik miqdarı 2002í2011-ci illərdəki 12,4 millimetrdən 2012í2023- cü illərdə 438, millimetrədək azalıb. Azərbaycanla yanaşı, Türkiyə, Ermənistan, Gürcüstan və İranda da atmosfer yağıntılarının azalması su ehtiyatının həm transsərhəd, həm də yerli miqyasda azalması ilə nəticələnib. Növbəti onillikdə Azərbaycan Respublikasında yağıntıların proqnozlaşdırılan səviyyəsi ilə bağlı qeyri-müəyyənlik var. Mövcud qeyri-müəyyənliklər və temperaturun artması su ehtiyatlarının daha çox buxarlanmasına, çay axınlarının azalmasına, buzlaqların sürətlə əriməsinə və nəticədə şirin su ehtiyatlarının azalmasına gətirib çıxara bilər. İl ərzində ardıcıl quru günlərin maksimum sayında müşahidə edilən artım tendensiyası o qədər böyük olmasa da, quraqlıq və su qıtlığı ilə bağlı riskləri artırır. Hazırda dünya ölkələri iqlim dəyişikliklərinin kəskinləşməsi, su ehtiyatlarının azalması və onun ekoloji sistemə mənfi təsirlərinin getdikcə artması kimi ciddi problemlərlə üzləşib. Son 0 ildə davamlı qlobal iqlim dəyişikliyi, əhalinin sürətli artması, urbanizasiya və sənayeləşmə kimi amillər su ehtiyatlarının səviyyəsinə və keyfiyyətinə mənfi təsir göstərir.