Salyanda "Bəlalı dağlar" kitabının təqdimatı olmuşdur.
Salyan Tarix -Diyarşünaslıq Muzeyi və Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin birgə təşkilatçılığı ilə nasir, publisist, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Beynəlxalq Ekologiya və Təbii Sərvətlərdən İstifadə Akademiyasının həqiqi üzvü, AMEA "Akademkitab" idarəsinin direktoru Əliağa Cəfərov və tanınmış araşdırmaçı-publisist, hərbi jurnalist, nasir, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, H.Zərdabi adına mükafatın laureatı Şəmistan Nəzirli ilə görüş keçirilib. Görüşdə Əliağa Cəfərovun müəllifi olduğu "Bəlalı dağlar" kitabı oxuculara təqdim olunub və kitab muzeyə və Salyan rayon Mərkəzi Kitabxanasına yazar tərəfindən hədiyyə edilib. Yazarlar və ziyalıların iştirakı ilə keçirilən görüş diskusiya şəklində davam edib.