Qarabağdakı Rusiya sülhməramlılarının himayəsində olan erməni terrorçuların təxribatları davam edir. Onlar Xocavənd rayonun mərkəzində erməni faşist lideri, azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırımı törətmiş Qaregin Nijdeyə heykəl qoyublar.
Ermənilərin Qarabağdakı bu hərəkətini necə qiymətləndirmək olar? Terrorçular bu qıcıqlandırıcı hərəkətlə nə etmək istəyirlər?..
Milli Məclisin Qarabağdan olan deputatı Elman Məmmədov Modern.az-a bildirib ki, ermənilər islaholunmaz millətdirlər:
“Mən quldurlarla, yaramazlarla bağlı fikirlərimi dəfələrlə ifadə etmişəm. Belə bir misal çəkim: görürsən ki, ailədə uşaqlardan biri nadinc olur. Həmin uşaqla valideynləri, uşaq bağçasında və məktəbdə müəllimləri məşğul olub onu tərbiyə edirlər. Nadinc uşaq tədricən düzəlir, pis hərəkətlərini unudur.
Cəmiyyətdə də müəyyən cinayətlər törətmiş insanlar olar. Onlar törətdiyi cinayətə görə həbs olunurlar. Həbsdə məhkum olduğu zaman düzgün yola qayıdır və bir daha cinayətə əl atmır.
Lakin elələri də var ki, onlar islaholunmazdırlar. Ermənilərə millət demək də günahdır, çünki onların kökləri belə məlum deyil. Ermənilər başlarına gələn müsibətdən nəticə çıxarmırlar. Belələrinin quyruğunu tapdalayıb, başını sağ qoymaq olmaz”.