Azərbaycan mətbuatının zəngin ənənələrini yaşadan və inkişaf etdirən Salyan rayonunun "Qələbə" qəzetinin 100 yaşı tamam olur. Bu münasibətlə nəşrin kollektivini təbrik edirik.
"Qələbə" qəzeti müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, maarifçilik ideyalarının təbliğində mühüm rol oynayıb. Bu mətbu orqanın əməkdaşlarının milli dəyərlərimiz, ordu quruculuğu, vətənpərvərlik və digər mövzularda hazırladıqları məqalələr oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu gün yubliyar nəşrin kollektivi milli mətbuatımızın banisi Həsən Bəy Zərdabi ənənələrini uğurla davam etdirir.
"Qələbə" təmsil olunduğu rayonun canlı mənzərəsidir. 100 illik tarix bölgənin böyük salnaməsidir. Bir daha nəşrin Rüstəm Məlikov başda olmaqla rəhbərliyini, əməksevər peşəkar kollektivinin üzvlərini bu tarixi yaratdıqları üçün bir daha təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq