Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.
Anakur.az Modern.az-a ictinadən xəbər verir ki, bu barədə qondarma qurumun "rəhbəri" Samvel Şahramanyan "qərar" imzalayıb.
Bildirilir ki, 2024-cü il yanvarın 1-dək bütün qondarma "təşkilatlar" və "qurumlar" ləğv edilir və "Artsax" öz fəaliyyətini dayandırır.
Bildirilib ki, Qarabağın erməni əhalisi, o cümlədən kənarda yaşayanlar gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü ilə bağlı müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış ola bilərlər.