İspaniya XİN-nin rəhbəri Jozep Borrel verdiyi açıqlamada Kapitoliyə hücumu prezident Donald Trampın təxribatçı açıqlamaları ilə əlaqələndirib.
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Vaşinqtonda baş verənləri “yalan və demokratiyaya hörmətsizliyin fəsadları” sayıb.Kansler Angela Merkel isə Konqres binasına hücumun onu qəzəbləndirdiyini xatırladıb.
İsrail baş naziri Benyamin Netanyahu ABŞ-da demokratiyanın bərqərar olacağına ümidini ifadə edib.
Hollandiya baş naziri Mark Rütte Trapmdan tələb edib ki, Co Baydenin yeni prezident seçildiyini qəbul etsin.
“Vaşinqtondan zorakılıq və iğtişaş xəbərləri gəlməsindən narahatam” – deyə Hindistan baş naziri Narendra Modi söyləyib.
Yaponiya Nazirlər Kabinetinin Baş katibi Esixido Suqa isə “demokratiya ABŞ-da bu çətin situasiyadan çıxacaq”- deyib.
Fransa prezidenti Emmanuel Makron isə “Tvitter” üzərindən müraciət edib: “Baş verənlər ABŞ-a xas deyil. ABŞ demokratiyasının gücünə inanırıq”.
Böyük Britaniya baş naziri Boris Conson Konqresə hücumu “biabırçılıq” adlandırıb: “Bütün dünyada demokratiya barədə danışan ABŞ-da olanlar biabırçılıqdı. Hakimiyyətin dinc yolla ötürülməsi çox vacibdir”.
İrlandiya XİN rəhbəri Saymon Koveni, Avropa Birliyi Şurasının sədri Şarl Mişel, Avropa Komissiyasının prezidenti Ursula fon der Layen, Kanada, Çexiya, İsveç, Norveç, Yeni Zellandiya, Türkiyə və Avstraliya hökumətləri də narahatlıq ifadə edib.