“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı mühüm addımlar atılır.
Ciddi fiziki travma alan, zəruri tibbi müayinələrdən keçən və artıq ilk əməliyyatı uğurla başa çatan qazimiz Yusif Ağammədovun fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən “RGO” ortopedik cihazından istifadə olunur.Bu cihaz vasitəsi ilə hərəkət məhdudiyyətli şəxslərə addım atmaq şansı yaradılır.
“YAŞAT” Fondu onun müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah bütün qazilərimizə şəfa versin!
Yeri gəlmişkən qeyd edək ki, fondun rəhbəri Salyan 3 saylı məktəbin məzunu Hüseynov Elvin Akif oğludur.İşiniz avand olsun.