2003-cü ildə Heydər Əliyev siyasətinə səs vermiş xalq Prezident İlham Əliyevə etimad göstərmişdir. Azərbaycan son 17 il ərzində doğrudan da tarixi qızıl hərflərlə yazaraq uğurlara imza atıb.
Son 17 il gənc ölkəmiz üçün möhkəm təmələ əsaslanmış yeni dövrdür. 2003-2020-ci illər “Vətən müharibəsi” modelinin tətbiqi üçün hazırlıq dövrü olmuşdur.
Prezident İlham Əliyevin “Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik.” Sözü öz təsdiqini tapdı.
Prezident İlham Əliyevin “Bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması” sözləri ordumuzun güclü olmasını vurğulayırdı.
Azərbaycanda yetişən yeni gənc nəsil də bu amal uğrunda vətən sevgisi ilə tərbiyə olunmuşdur. Gənclərin Vətənə sevgisi, düşmənə nifrət hissi ilə yetişməsi torpaqlarımızı işğalçılardan azad etdi. Onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.
Bir çox beynəlxalq QHT-lər sülhü təbliğ etmək adı altında Azərbaycan xalqını faktiki olaraq ərazi itkisi ilə barışdırmağa çalışmışlar. Aparıcı beynəlxalq maliyyə qurumlar neft kəmərlərinin Ermənistan ərazisindən keçməsi üçün Azərbaycana təzyiq etmişlər, Azərbaycanın rəhbərliyini məcbur etmək üçün kreditləri yubatmışlar. Buna baxmayaraq, Azərbaycan rəhbərliyi milli maraqlara cavab verməyən heç bir addım atmamışdır. İqtisadi müstəqilliyin təmin edilməsi qarşıya hədəf olaraq qoyulmuş və bu hədəfə nail olunmuşdur. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik. Əraziləri işğal olunmuş, çox çətin geosiyasi vəziyyətdə olan Azərbaycan bu nailiyyətləri öz zəhməti hesabına qazanıb. Bu il təkcə bərpa olunan enerji növlərinə təqribən 400-500 milyon dollarlıq xarici investisiyalar qoyulub. Azərbaycanda daxili sabitlik əsas amildir. Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq. İnkişaf üçün,daxili sabitlik üçün heç bir əsas yoxdur. Heç dövlət çevrilişi də edə bilmirlər. Azərbaycanda yürüdülən müdrik siyasət, sosial ədalətə riayət edilməsi hesabına xalq-iqtidar birliyi təmin olunub.
Azərbaycan Ermənistanı regional layihələrdən, neft-qaz layihələrindən təcrid etdi, onların iqtisadiyyatını çökdürdü.
“Şərq tərəfdaşlığı” ölkələrindən yalnız Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb.
Azərbaycanın digər ölkələrlə xarici siyasəti çoxşaxəlidir. Beynəlxalq təşkilatlarda fəal iş aparılaraq İkinci Qarabağ müharibəsi üçün hüquqi baza daha da möhkəmləndirilmişdir. AŞPA, İƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, NATO, BMT Baş Assambleyası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı sənədlər qəbul etmişlər.
Avropa İttifaqı ilə bir neçə il bundan əvvəl imzaladığımız “Tərəfdaşlıq prioritetləri” sənədinə, yəni, paraflanmış sənədə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına hörmət prinsipi əks etdirən müddəa saldıra bilmişik.
Azərbaycan əleyhinə müharibə dövründə BMT Təhlükəsizlik Şurasında qətnamə hazırlanarkən Qoşulmama Hərəkatına üzv ölkələr bu təşəbbüsün qarşısını almışlar.
Azərbaycanın bu təşkilata rəhbərlik etməsi formal deyil. Üzv dövlətlərə dəstək verilmiş, qurumun fəallaşması üçün real addımlar atılmışdır.
Prezident İlham Əliyev: “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir.”
Əsrlər boyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu. Azərbaycan mütləq qələbəni qazandı, düşməni darmadağın etdi.
Döyüş meydanında da, siyasi meydanda da qələbə qazandıq.
Yaşasın Müstəqil Azərbaycan!
Səidə Əliyeva
Salyan rayon YAP Qadınlar Şurasının sədr müavini