Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Anakur.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 239692 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230726 nəfər müalicə olunaraq sağalıb, 3276 nəfər vəfat edib, aktiv xəstə sayı 5690 nəfərdir.
Ölkədə son sutka ərzində 10470 hazırkı dövrədək isə 2701181 test aparılıb.