Salyanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunmuşdur
10 may 2021-ci il tarixində Salyan rayonunda xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla Ümummilli Liderin anadan olmasının 98-ci ildönümü qeyd olunmuşdur. Bu münasibətlə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ziyalılar Salyan rayon Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtramla yad etmişlər.
Tədbir rayonda ağacəkmə aksiyası ilə davam etdirilmişdir. Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələri irsini davam etdirmək məqsədi ilə keçirilən aksiya rayonun Kürətrafı ərazilərini, Ələt-Astara magistral avtomobil yolunun kənarlarını, qəsəbə və kəndləri əhatə etmişdir.