Regionlarda mediasiya xidməti genişlənir.
Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla, öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırır.
Mediasiyanın ölkəmizdə hüquq sisteminə ilk olaraq Sahibkarlığın inkişafı üçün mediasiyanın tətbiqini təşviq etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Strateji Yol Xəritəsində tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bundan sonra 29 mart 2019-cu il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq işçi qrupu formalaşdırılmış, Mediasiya Şurasının nizamnaməsi razılaşdırılmış və 12.02.2020-ci il tarixində Mediasiya Şurası təsis edilmişdir.
Mediasiyanın üstünlüyü nədir? Mediasiya əksər məhkəmə proseslərindən fərqli olaraq, konfidensialdır. Bu isə tərəflər barədə həssas məlumatları qorumaqla yanaşı, tərəflərin arasındakı mübahisənin mövcudluğunu gizli saxlayır və tərəflərin öz işgüzar münasibətlərini davam etdirməklərinə şərait yaradır. Buna görədə vətəndaşların müraciətin daha ətraflı öyrnilməsi və buna uyğun razılaşmaya gəlinməsi daha asan olur. Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə həm özlərinin, həm də qarşı tərəfin mövqeyini yenidən qiymətləndirmək imkanı əldə edirlər. Bu zaman tərəflər qarşı tərəfin sübutları və hüquqi əsasları ilə tanış olur, məhkəmə prosesinin gedişatı və nəticəsi barədə daha aydın mənzərə qazanırlar.
Mediator (vasitəçi) tərəflər arasındakı münasibətlərin kəskinləşməsinin və tərəflərin mövqelərinin uzaqlaşmasının qarşısını alır. Belə ki, tərəflər vasitəçinin iştirakı olmadan mübahisəni həll etmək istədikdə, öz mövqelərini, inam görüntülərini və simalarını qorumaq üçün güzəştlərə getmirlər və müəyyən hallarda sadəcə olaraq daha aqressiv mövqe sərgiləyirlər. Qeyd edilən problemlərin qarşısının alınması üçün mediator bacaraıqlarından istifadə edir və uzlaşmanı asanlaşdırmaq üçün daha uyğun vasitələrdən istifadə edir. Rahat şəkildə dinlədildiyini görən tərəflər aqressiyadan uzaqlaşaraq uzlaşmaya doğru addımlar atırlar. Mediasiya buna görədə daha əlverişli hesab edilir.
Mediasiya prosesi ən uurlu hissəsi daha qısa müddətdə (adətən, bir gün ərzində) baş verir. Bu isə tərəflərin xərclərinə və vaxtlarına qənaət etməsinə səbəb olur. Məhkəmə prosesində tərəflər ilkin olaraq iddia qaldırmalı olur, daha sonra məhkəm iclasları, apellyasiya və kassasiya instansiyalarında icraat davam edir, bundan sonra məhkəmə qərarların qüvvəyə minməsi və icraya yönəldilməsi üçün uzunmüddətli məhkəmə və icra proseslərindən keçməli olurlar. Mediasiya zamanı isə adətən tərəflər barışıq sazişini qısa müddət ərzində icra edirlər. Bu zaman tərəflər bir neçə il sonra hər hansı bir məbləğ əldə etmək əvəzinə, daha qısa müddətdə və mövcud dəyəri daha yüksək olan maddi və digər nemətlər əldə edirlər.
Salyan saylı Mediasiya Təşkilatı 2022-ci ilin noyabr ayından Mediasiya Şurasının üzvlüyünə qəbul edilmişdir. Təşkilat hazırda Salyan şəhəri, H.Əliyev küçəsi 1092 ünvanda olan ofisdə gəaliyyət göstərir. Salyan, Neftçala, Şirvan, Biləsuvar, Cəlilabad rayonları üzrə ailə, əmək mübahisələri üzrə ilkin olaraq məhkəməyə müraciət etməzdən əvvəl müraciətləri, mülki, kommersiya və inzibati mübahisələr üzrə müraciətlri qəbul edir. Təşkilatda hazırda 4 mediator fəaliyyət göstərir: Hənifəli Elman tahir oğlu, Səmədova Aybəniz Kamal qızı, İsgəndərov Taryel Əyyub oğlu, Şükürov Ramin Rafail oğlu.
Təşkilat 2023-cü il ərzində 1026 müraciətə baxmış, 136 müraciət üzrə mediasiyadan imtina edilmiş və xitam verilmiş, 601 müraciət üzrə ilkin mediasiya sessiyasında bir tərəfin iştirak etməmiş, 177 iş üzrə tammediasiya sessiyası keçirilməmiş, 112 barışıq sazişi bağlanılmışdır. 2024-cü ilin I rübü ərzində 194 müraciətə baxmış, 136 müraciət üzrə mediasiyadan imtina edilmiş və xitam verilmiş, 601 müraciət üzrə ilkin mediasiya sessiyasında bir tərəfin iştirak etməmiş, 177 iş üzrə tammediasiya sessiyası keçirilməmiş, 24 barışıq sazişi bağlanılmışdır.
Salyan 1 saylı Mediasiya Təşkilatının direktoru Elman Hənifəli