Əvəzolunmaz xidmətləri ilə öz adını Azərbaycan tarixinə əbədi həkk etmiş dahi siyasi xadim-həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini salyanlılar da daim böyük minnətdarlıq hissi və ehtiramla yad edir. Bütün mənalı ömrünü xalqa həsr edən, nurlu şəxsiyyətə bəslənilən sevgi hissi salyanlıların qəlbində sonsuzdur. Salyanlılar onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yollarında mayaka çevirəcəklər.


