"Anakur.az" bildirir ki,Salyan rayon Mərkəzi Xəstəxanasında Milli Hematologiya, Transfiziologiya Mərkəzinin təşəbbüsü, Salyan rayon İcra Hakimiyyətinin və YAP Salyan rayon Təşkilatının birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilmişdir. (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə hemofiliya və talassemiyadan xəstəliklərindən əziyyət çəkən insanlar üçün keçirilən qanvermə aksiyasında YAP Salyan rayon Təşkilatının İdarə heyəti, Şura üzvləri, Gənclər Birliyi, Qadınlar Şurası, Partiyanın Könüllüləri və rayon İctimaiyyəti iştirak etmişlər.