Ölkəmizdə narkomaniyaya qarşı mübarizənin hərtərəfli təmin olunması istiqamətində Azərbaycan Respublikası Prezidentinin fərmanı və bu fərmandan irəli gələn dövlət proqramlarının icrası, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə işi daxili işlər orqanlarının mühüm fəaliyyət istiqamətlərindən biridir.
Anakur.az bildirir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən küçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ötən il bu xətt üzrə 94 cinayət faktı aşkar edilmiş və 45 kq 302 qram narkotik vasitə dövriyyədən çıxarılmışdır. Ümumiyyətlə, əvvəlki illə müqayisədə ayrı- ayrı vətəndaşlar tərəfindən narkotik vasitələrin əkilməsi, saxlanılması faktları niusbətən azalsa da, satış hallarının artması müşahidə olunmuşdur. Ötən il 22 nəfər narkotik vasitələrinin satışı faktı iüzrə cinayət məsuliyyətinə cəlb edilib.
Narkotikaya qurşananlar arasında gənclərin də olması təəssüf doğuran hallardır. Dünyanı bürüyən karanavirus pandemiyasının insan sağlamlığına vurduğu ziyanın miqyasının ölçüyə gəlmədiyi bir vaxtda bu bəşəri bəlaya qarşı da birləşməyimiz çox vacibdir