Yuxunun nizamlı olmaması, uzun, davamlı stress və ya qrip kimi xəstəliklər də daxil olmaq üzrə halsızlığın bir çox fərqli səbəbi ola bilər. Gün boyu istehlak etdiyimiz qidalar orqanizmimiz üçün lazım olan enerjiyə çevrilər.
Anakur.az bildirir ki,TurpKimi.com halsızlığı yox edəcək qidaların siyahısını təqdim edir:
Zülal, yəni protein qaynaqları
Protein əzələlər üçün lazım olan enerjinin əsas qaynağıdır. Yüksək zülal ehtiva edən və "tirozin" baxımından zəngin qidalar norepinefrin və dopamin istehsalını artıraraq motivasiya verir və orqanizmi canlandırır.
Ancaq mal əti və yumurta kimi zülal qaynaqlarından çox istifadə pis xolesterol səviyyələrini yüksəldir və faydadan çox zərər verə bilər. Bunun əvəzinə zülal qaynağı olaraq dərisiz toyuq əti, paxla, lobya kimi alternativ qidalardan istifadə edə bilərsiniz.
Qatıq
Həzmi asanlaşdıran və asan həzm olan qatıq yaxşı zülal qaynağıdır və faydalı bakteriyalar olan probiotik baxımından da zəngindir. Qatıq həm də immunitet sistemini gücləndirir və xroniki yorğunluğu aradan qaldırır.
Kompleks Karbohidratlar
Kompleks karbohidratlar bədənin ilk enerji qaynağıdır.Yeterli miqdarda enerji üçün nişastalı qidalar, tərəvəz və meyvə, kəpəkli taxıllar yeyə bilərsiniz. Kompleks karbohidratlar yuxusuzluğu aradan qaldırır və xoşbəxtlik hormonu olan serotonin baxımından zəngindir. Karbohidratla zəngin qidalar qan şəkərinin səviyyəsini qoruyur.
Su
Halsızlığı tez bir zamanda aradan qaldırır. Su texniki olaraq "yeməklər" kateqoriyasında iştirak etməsə də, enerji və xroniki yorğunluqla mübarizədə ən böyük köməkçinizdir. Yorğunluq bədənin susuz qaldığının əsas göstəricisidir.
Gün boyu heç bir fiziki fəaliyyətdə olmasanız belə tərləmə yoluyla su itirirsiz. Bu suyu bərpa etmək üçün 8 stəkan su içməliyik. Sadə sudan başqa kafein ehtiva etməyən bitki çayları, meyvə suları və elektrolit möhkəmlətməsi təmin edən idman içkilərindən (fiziki fəaliyyət zamanı) də faydalana bilərsiniz.
Dəmir
Dəmir əskikliyi birbaşa olaraq xroniki yorğunluğun əlamətlərindəndir. Bəzən qidalanmaqla əlaqəli dəmir əskikliyi ola bilər.
Dəmir əskikliyi zamanı qanda oksigenin miqdarı azalır və orqanlara qan yaxşı işləmir, nəticədə halsızlıq yaranır. Dəmir baxımından zəngin ət, balıq və yaşıl yarpaqlı tərəvəzlər yeyərək bunu önləyə bilərsiniz.
Her səhər mütləq nahar edin və nahar menyununuzda kompleks karbohidratlar ehtiva edən yulaf əzməsi kimi qidalar istehlak edin. Bir stəkan təzə sıxılmış portağal suyu içə bilərsiniz. B və C vitaminləri ilə zəngin qarışıq sizə gün boyu ehtiyac duyacağınız enerjinin böyük bir qismini verəcək.
Günorta yeməklərində mütləq zülal ehtiva edən qida istehlak edin. Bu saatlarda alınacaq zülal günün geri qalanında daha dinc olmanızı təmin edəcək. Toyuq əti, balıq, paxla kimi zülal qaynaqlarını istifadə edə bilərsiniz.
Qəhvə içmək müvəqqəti enerji verə bilər, ancaq kafein təsirini itirdikdən sonrakı halsızlıq daha şiddətli olacağından kafeindən istifadəyə xüsusi diqqət etməlisiniz.