Payız əkin planına uyğun olaraq meşəbərpa tədbirləri noyabrın 21-də Qəbələ, Quba, Şabran, Tovuz, Şəmkir, Şamaxı, Şəki, Sabirabad, Bərdə və Masallı rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev AZƏRTAC-a bildirib ki, Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları tərəfindən ötən gün ərzində meşə fondu torpaqlarının açıq və seyrək sahələrində hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 29 min ağac tingi əkilib, 3 min 500 kiloqramdan artıq toxum səpilib.
Ölkə üzrə meşəbərpa tədbirləri davam edir.