29 iyul 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində ümumrespublika təmizlik aksiyaları çərçivəsində rayon könüllülərin iştirakı ilə “Təmiz ölkəm” adlı təmizlik aksiyası keçilimişdir.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, rayon İcra Hakimiyyəti başçısının müavinləri və aparatın məsul işçiləri, Nazirliyin regional bölmələsinin əməkdaşları, Hacıqabul rayon Mənzil Kommunal Müəssisələri idarələrinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələri və rayon könüllüləri iştirak etmişdir.
Keçirilən aksiya çərçivəsində Atbulaq kəndi ərazisində avtomobil yolunun kənarında yaşıllıq ərazidə 5 tona qədər müxtəlif növ tullantı yığılaraq daşınıb.