Xəzər yer kürrəsinin ən böyük qapalı su hövzəsidir. Onu göl, bəzi xüsusiyyətlərinə görə dəniz adlandıran alimlərdə da var. Xəzərin digər su hövzələrindən başlıca fərqi dünya okeanları ilə birbaşa əlaqəsinin olmamasıdır. Hazırda Xəzər okean səviyyəsindən 28 metr aşağıdır. Statistikaya görə, Xəzər dənizinin su səviyyəsində 2021-ci ildə 35 santimetr, 2022-ci ildə isə 20-25 santimetr enmə müşahidə edilib.
Hesablamalar göstərir ki, Xəzər dənizinin səviyyəsi son 5 il ərzində 69 sm, son 10 ildə isə 114 sm aşağı enib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə ekspert qrupunun iclasında deyib ki, Xəzər dənizinin ətraf mühitin bugünkü vəziyyəti və dəniz səviyyəsinin aşağı düşmə dinamikası narahatlıq doğurur. M.Babayev söyləyib ki, dəniz səviyyəsi nə qədər tez dəyişirsə, onun nəticələri bir o qədər ağır olur:
"Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə - balıqçılıq, dəniz nəqliyyatı, limanların fəaliyyəti, tikinti kimi müxtəlif sektorlara, eləcə də sahil zonasında yaşayan əhaliyə təsir göstərir".
Nazir qeyd edib ki, yaxın illərdə dəniz səviyyəsinin aşağı düşməsi ilə bəzi endemik növlərin itirilməsi və Xəzər dənizinin biomüxtəlifliyinin azalması mümkündür. O bildirib ki, buna görə də məsələyə xüsusi diqqət yetirilməlidir.
"2070-ci ilə qədər Xəzər dənizində suyun temperaturunun 1,7, əsrin sonuna qədər 2,1 dərəcə artması qeydə alına bilər. Ssenariyə görə əgər ölkələr heç bir tədbirlər görməsə, əsrin sonuna kimi temperatur 4,5 dərəcə arta bilər ki, nəticədə səviyyə 3,7 metr enə bilər", - nazir deyib.
Bəs dünyanın ən böyük qapalı su hövzəsinin qurumasının qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
Ekoloq Ənvər Əliyev bəzi yeraltı proseslərin Xəzər dənizinə təsir göstərdiyini bildirib.
“Xəzər dənizi okeanla əlaqəsi olmayan dünyanın ən böyük su hövzəsidir. Onun suyu dünya okenlarının suyundan xeyli şirindir. Florası və faunası da bir qədər fərqlidir. Vaxtilə bu ərazilərdə böyük bir okean olub. Xəzər dənizi onun qalığıdır. Xəzər dənizi yaranandan indiki dövrə qədər onda səviyyə tərəddüdü həmişə olub. Dünyanın ən məşhur tektonik qurşağında yerləşir. Burada bəzi yeraltı yaranan proseslər var ki, ona təsir göstərir. Uzun illər boyu onun səviyyə tərəddüdü haqqında müxtəlif fikirlər var. Bunun haqqında fikir söyləyən alimlər 2 qrupa bölünür. Bəzi alimlər var ki, bunu teksonik hadisələrlə, bəzi alimlər isə iqlimlə əlaqələndirirlər. Son dövrlərdə iqlimdə quraqlaşma var. Ona görə də çox vaxt bunu iqlimdə olan dəyişikliklər ilə əlaqələndirirlər. Bu hadisələr Azərbaycanda vaxtilə 1970-ci illərdə olub”.
Ekspertin fikrincə, Xəzərin qurumasının qarşısını almaq mümkün deyil.
“Vaxtilə bunun qarşısını almaq üçün belə təkliflər verilib ki, Rusiyada yerləşən çaylar vasitəsilə Xəzərin həcmi artırılsın. Türkmənistan ərazisində Xəzərin bir şəlaləsi var, Qaraboğazgöl körfəzinə axır və ordan da kütləvi buxarlanır, sənaye duzları əmələ gəlir. Onun qabağı kəsildi və nəticədə kütləvi şəkildə boş torpaqları tutmağa başladı. Hətta Bakı-Lənkəran dəmir yolunun reyslərinə də ziyan verdi. Bunların hamısı sübut etdi ki, təbiətlə zarafat etmək olmaz. Təbiətlə ehtiyatlı olmaq lazımdır. Təbiətin qanununu dərk etmək lazımdır. Bu əbədi bir qanundur. Xəzərin qurumasının qarşısını almaq mümkün deyil. Çünkü bu dəniz enib-qalxır. Ona görə də Xəzərdən çox nigaran olmağa dəyməz. Dəniz qalxanda kütləvi şəkildə quru torpaqları tutur. O ərazilərdə səviyyə sahəsi genişlənir, buxarlanma sürətlə gedir. Aşağıda enəndə bir sıra problemlər-gəmi dayanacaqları, limanlara problem olur. Daha sonra balıqlara da qida problemi olur. Hələlik narahat olmağa dəyməz. O boyda dəniz heç vaxtı quruya bilməz. Buna minilliklər lazımdır.”
Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov problemin kökündə iqlim dəyişmələrinin olduğunu diqqətə çatdırıb.
“Xəzərin səviyyə tərəddüdü periodik problemdir. Dənizin səviyyəsi həmişə dəyişib. Son yüzillikdə bu dənizin ən aşağı səviyyəsi 1978-ci ildə olub. Bundan sonra 1995-ci ilə qədər Xəzərin səviyyəsində qalxma müşahidə olunub. Dənizin səviyyəsi kəskin şəkildə qalxıb. Lakin 1995-ci ildə bu günə qədər dənizin səviyyəsi düşməyə davam edir. Ona görədə Xəzərin səviyyəsinin tənzimlənməsində bu problemin qarşısını almaq olar sualını verə bilmirik. Xəzərin səviyyəsinin dəyişməsi tam elmi mənada öz cavabını tapmayan prosesdir. Bu günə qədər geoloqlar və iqlimşünaslar arasında bu su hövzəsinin enib-qalxması barəsində mübahisələr gedir ki, geoloqlar bunu Xəzər regionunda geoloji enib-qalxmalarla, iqlimşünaslar isə Xəzərə tökülən çayların artıb-azalması ilə əlaqələndirirlər. Mən bu barədə iqlimçiləri dəstəkliyirəm. Çünki Xəzər qapalı bir göldür. Qapalı göllərə həmişə eyni miqdarda su gəlmir. Bu özünü səviyyənin enib-qalxmasında göstərir. Çay axımının dəyişməsinə rəğmən, buxarlanma, demək olar ki, az dəyişir. Bu da suyun artıb-azalmasına təsir göstərir. Müasir düşmələr onunla izah oluna bilər ki, Xəzərə tökülən çayların suyundan daha çox istifadə olunur. Kür çayını misal olaraq göstərə bilərik, çayın axımı elə vaxt olub ki, 0-a qədər enib", - ekspert bildirib.
Rövşən Abbasov deyir ki, Kür çayı Xəzərə tökülən çayların çox az bir qismini - cəmi 10-15 faizini təşkil edir.
"Amma bu azalma belə dənizin enməsinə təsir göstərir. Volqa çayından və digər çaylardan da su götürmələri artıb. Biz mümkün qədər çaylardan götürülən suları azaltmalıyıq. Bəlkə bu Xəzərin suyunun azalmasına bir qədər təsir edə bilər. Problemin kökündə iqlim dəyişmələri dayanır. İqlim dəyişiklikləri nəticəsində Xəzərin suyu buxarlanır və azalmasına öz təsirini göstərir.”
İsmayıl Bakuvi
Aktual
4 Dekabr 2023, 15:12Xəzər yer kürrəsinin ən böyük qapalı su hövzəsidir. Onu göl, bəzi xüsusiyyətlərinə görə dəniz adlandıran alimlərdə da var. Xəzərin digər su hövzələrindən başlıca fərqi dünya okeanları ilə birbaşa əlaqəsinin olmamasıdır. Hazırda Xəzər okean səviyyəsindən 28 metr aşağıdır. Statistikaya görə, Xəzər dənizinin su səviyyəsində 2021-ci ildə 35 santimetr, 2022-ci ildə isə 20-25 santimetr enmə müşahidə edilib.