AZƏRTAC xəbər verir ki, abidənin görüntüsü sosial şəbəkələrdə yayılıb.
“Dəmir yumruq” abidəsinin üzərində Vətən müharibəsində düşmənin qorxulu yuxusuna çevrilən qəhrəman Azərbaycan əsgəri və dronlar da təsvir edilib.
Xatırladaq ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində 44 gün ərzində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradıldı və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ali Baş Komandan, həmçinin Azərbaycan xalqının və ordusunun Vətən müharibəsində məhz “Dəmir yumruq” kimi birləşdiyini, bu yumruğun işğalçıların başına endiriləcəyini bəyan etmişdi.
Prezident İlham Əliyev müharibədən sonrakı dövrdə revanşist bəyanatlar səsləndirən düşmənə “Dəmir yumruğ”u xatırladaraq, onun daim yerində olduğunu bildirib. Belə bir abidənin məhz Hadrutda qoyulması isə xüsusi əhəmiyyət daşıyır.